Bu ilin yanvar-fevral aylarında ölkənin ət idxalı artıb | Banco.az

Bu ilin yanvar-fevral aylarında ölkənin ət idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 17 milyon 442 min ABŞ dolları dəyərində 8 min 180 ton ət idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 11,7%, dəyəri isə 45,4% və ya 5 milyon 450 min dollar artıb.

Belə ki, ötən ilin yanvar-fevral aylarıda Azərbaycana 11 milyon 992 min dollar dəyərində 7 min 322 ton ət idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,71%-ni təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et