Bu il ölkəyə 1 milyon tondan çox buğda idxal edilib | Banco.az

Bu il ölkəyə 1 milyon tondan çox buğda idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-noyabr aylarında 283,4 milyon ABŞ dolları dəyərində 1 milyon 94 min 975 ton buğda idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 28,8%, həcmi isə 6,2% azalıb. 

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 258.8 dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,1% və ya 82 dollar azdır.

Əlavə edək ki, bu ilin 11 ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,79%-nə bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et