Bu birjada Bitcoin 0 dollara satıldı! | Banco.az

Bu birjada Bitcoin 0 dollara satıldı!

Yaponiyanın Maliyyə Xidmətlər Agentliyi (FSA) tərəfindən siyahıya alınan 16 kriptovalyuta birjasının birində bir neçə gün əvvəl maraqlı hadisə yaşanıb.

Yaponiyada yerləşən “Oseka Tech Bureau Corp.” tərəfindən işlədilən kriptovalyuta birjası olan “Zaif” çərşənbə axşamı texniki bir səhvlə yadda qalıb. Problemdən sonra birja 18 dəqiqə ərzində Bitcoin-i 0 dollara satıb.

Sistemdə yaranan texniki səhvdən dolayı Bitcoin-ə təxminən 1,2 milyon yen endirim tətbiq edilib. Bundan yararlanan müştərilər ödənişsiz Bitcoin əldə ediblər.

Texniki səhvdən tez xəbər tutan şirkət müştərilərin hesablarına yenidən düzəliş edib. Ancaq müştərilərdən biri satın aldığı BTC-ni birjadan çıxara bilib. Şirkət hazırda bu müştəri ilə anlaşmağa cəhd göstərir.

Hadisə ilə əlaqədar platformanın saytında bu açıqlama yer alıb:

“Yaranan narahatlığa görə müştərilərimizdən üzr istəyirik. Bunun təkrarlanmaması üçün çalışırıq və xidmətlərimizi inkişaf etdirmək istiqamətində cəhd göstəririk”.

“CoinMarketCap”-in məlumatlarına görə, “Zaif” gözlənilməz fəaliyyət nəzərə alınmadıqda son 24 saat ərzində 17,3 milyon dollar həcmində əməliyyatlar aparıb və birjalar arasında 51-ci yerdə qərarlaşıb.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et