Bu bank 2018-ci ilə daha güclü başladı: MƏNFƏƏTİ 70% ARTDI | Banco.az

Bu bank 2018-ci ilə daha güclü başladı: MƏNFƏƏTİ 70% ARTDI

“Xalq” Bank ASC-nin 2017-ci il fəaliyyətinin nəticələrinə əsasən bankın əsas maliyyə göstəricilərində stabil artım müşahidə olunur.

Belə ki, 2017-ci ilin sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 145,03 mln. manat və yaxud 8.7 % artaraq 1 mlrd 813 mln 647 min manat təşkil edib. 1 il ərzində bankın cəmi öhdəliklərində isə azalma müşahidə olunub. Öhdəliklər ötən ilin sonu ilə müqayisədə 6,9% azalaraq 1 mlrd. 553 mln. 808 min manat olub.

Bankın kapitalı isə 2016-cı ilin sonu ilə müqayisədə 22,2 mln. manat (9.34%) artaraq 259 mln 839 min manat həcmində qeydə alınıb. 

2017-ci il ərzində Xalq Bank kredit portfelinə görə Azərbaycanın ən böyük özəl bankı statusunu qoruyub. Bankın 2018-ci il 1 yanvar tarixə kredit portfeli  1 mlrd 312 mln 223 min manat olub. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 37,7 mln. manat çoxdur. Bankın kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi ötən dövr ərzində 22% azalaraq 62 mln. 869 min manat təşkil etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi ötən illə müqayisədə 6,55% artaraq 1 mlrd 170 mln 909 min manata çatıb. 

Bankın xalis mənfəəti artıb.

Bankın 2017-ci il ərzində əməliyyat mənfəəti 46 mln. 980 min manat olub ki, onun da 25 mln. 194 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. 4 mln. 276 min manat mənfəət vergisi ödəyən Xalq Bank, ötən ili 17 mln. 606 min manat xalis mənfəət ilə başa vurub. Bu da keçən ilin sonuna olan xalis mənfəətin həcmi ilə müqayisədə 70% artım təşkil edir. 

Balans hesabatı ilə buradan tanış ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et