Britaniyalılar yeni il hədiyyəsini kriptovalyutada istəyir | Banco.az

Britaniyalılar yeni il hədiyyəsini kriptovalyutada istəyir

İngiltərə Bankı (BoE) twitterdə “Yeni il”-də pul hədiyyələri mövzusunda sorğu aparıb. Sorğuda 8230 nəfər iştirak edib və onların 70%-i pulu hədiyyə olaraq rəqəmsal valyutada almaq istədiklərini qeyd ediblər. İngiltərə Bankının sualı belə idi: “Əgər Milad üçün hədiyyə olaraq pul alsaydınız bunu hansı şəkildə qəbul etməyi istəyərdiniz?”. Cavab variantları isə belə idi: nəğd pul, bank köçürməsi, hədiyyə vauçeri və rəqəmsal valyuta. Nəticə isə belə oldu: rəqəmsal valyuta – 70%, nağd pul – 21%, bank köçürməsi – 7%, hədiyyə vauçeri – 2%.

Ən sərfəli kredit üçün müraciət et

Sorğunun bu formada və bu vaxtda keçirilməsi təsadüfən seçilməyib. Britaniyanın Mərkəzi Bankı kriptovalyutalarla bağlı öz mövqeyini müəyyənləşdirmək üçün cəmiyyətin maraqlarını qiymətləndirməyə çalışıb. Son zamanlar ümumi kriptovalyuta bazarında qiymətlərin enməsi fonunda vətəndaşların kriptovalyutalara marağının azalmaması müşahidə edilirsə, bu faktor Mərkəzi Bank üçün rəqəmsal aktivləri gələcəkdə dəstəkləmək üçün tutarlı bir dəlil ola bilər.

Kriptoinvest.az

Ən sərfəli krediti almaq üçün müraciət et