"Brent" neftinin qiyməti 55 dollaradək artacaq - PROQNOZ | Banco.az

"Brent" neftinin qiyməti 55 dollaradək artacaq - PROQNOZ

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozlarına əsasən, bu il "Brent" markalı neftin qiyməti orta hesabla 43 ABŞ dolları (bir barel üçün) təşkil edəcək.

Ötən il bu göstərici 64 dollara bərabər olub. Proqnoza əsasən, bu ilin II rübündə "Brent" markalı neftin ortalama qiyməti 37 dollar olacaq, ilin ikinci yarısında isə 42 dollara yüksələcək.

Agentlik bildirir ki, 2021-ci ildə "Brent" neftinin bahalaşması müşahidə ediləcək. Belə ki, proqnozlara əsasən, gələn il sözügedən markalı neftin qiyməti 55 dollara yüksələcək.

Xatırladaq ki, martın 6-da "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağın mümkün olduğunu bildirib. Nəticədə, aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır və Səudiyyə Ərəbistanı, mediada yayılan məlumatlara görə, hasilatı artırmaq və neftin qiymətini aşağı salmaq niyyətində olduğunu açıqlayıb. Bu da dünya bazarlarında neftin kəskin ucuzlaşmasına səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

APA

Ən sərfəli krediti almaq üçün müraciət et