​BP-nin mənfəəti azalıb | Banco.az

​BP-nin mənfəəti azalıb

Bu ilin II rübündə BP şirkətinin mənfəəti 720 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 45% azdır. "Report" xəbər verir ki, bu barədə şirkətin ilin I yarısı ilə bağlı hesabatında qeyd olunub.

Bu ilin I rübündə şirkətin mənfəəti 532 mln. dollar, 2015-ci ilin ikinci rübündə isə 1,3 mlrd. dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

İlin I yarısında əsaslı xərclər 7,9 mlrd. dollar təşkil edib. Bu il ərzində əsaslı xərclərin toplam 17 mlrd. dollardan az olacağı gözlənilir.

Bu ilin II rübünün sonuna şirkətin borcu 30,9 mlrd. dollar təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et