Böyük ölçülü faylları sürətli göndərmək üçün 4 ən yaxşı tətbiq | Banco.az

Böyük ölçülü faylları sürətli göndərmək üçün 4 ən yaxşı tətbiq

Böyük ölçülü faylların göndərilməsi üçün fayl paylaşım saytları ideal bir variant kimi görünür. Web əsaslı bu sistemlər son illərdə populyarlaşmağa başladı amma saytlar hələ yavaş, istifadəsiz və çox zaman da uğursuzdu.

Ağıllı telefonlar sayəsində artıq bu proses çox asanlaşdı. Tətbiq marketlərində, böyük ölçülü faylları paylaşmaq üçün çoxlu tətbiqlər var. Bunlardan ən yaxşı 4 ədədini seçib sizinlə paylaşırıq. İçlərində istisna olaraq brauzerdə problemsiz çalışan bir tətbiq də var.

 

Sunshine

Sunshine tətbiqi sayəsində artıq fayllarınızı hər hansı bir serverə yükləmənizə ehtiyac qalmayacaq. Fayl göndərilməsi üçün göndərici və alıcı tətbiqi yükləmiş olmalıdır. Tətbiq vasitəsilə 10 GB-lıq bir faylı dəqiqələr içində göndərməniz mümkündür.

Sunshine Android, IOS, Windows və MAC platformalarında da çalışmaqdadır. Tətbiqə max. fayl ölçüsü kimi bir məhdudiyyət qoyulmamışdır. Gözümə dəyən tək məhdudiyyət isə göndərilən və ya alınan faylın 7 gün sonra tətbiqdən silinməsidir ki, bu da çox insan üçün problem sayılmaz deyə düşünürəm.

 

Send Anywhere

Send Anywhere tətbiqi də Sunshine-la bənzər xüsusiyyətlərə sahibdir. Sunshine tətbiqində üzvlük şərti olduğu halda, Send Anywhere tətbiqində belə bir login məlumatına ehtiyac duyulmur. Tətbiq yalnız SSL texnologiyası və cihaz qoşmaq üçün 6 xarakterli açar istifadə etməkdədir.

Send Anywhere tətbiqi də hər platformada mövcuddur. Tətbiqdə dezavantaj sayıla biləcək nöqtə isə faylı bir dəfədə yalnız bir adama göndərə  bilməkdi. Həmçinin, başqa bir cihaza bağlana bilmek üçün əvvəlki cihazla əlaqəni kəsmək lazımdır. Göndərilən və alınan fayllar default olaraq 10 dəq. sonra silinir amma parametrlər hissəsindən bunu dəyişdirə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Tətbiqdəki yeni xüsusiyyətlər də onu rahat hala gətirir. QR code ilə uyğunlaşdırma və Bluetooth istifadə edərək fayl göndərilməsi kimi.

 

WeTransfer

WeTransfer 2009-cu ildən bəri fayl paylaşım sahəsində bazar lideri mövqeyindədir. WeTransfer, daha əvvəl tanıdığımız iki tətbiqdən daha böyük üstünlüklər təqdim edir. Faylı göndərən və ya qəbul edənin tətbiqi yükləməsi vacib deyil. Faylı göndərdiyiniz şəxsin mail ünvanını bilməniz kifayətdir. Mail ünvanına girildikdən və faylı upload etdikdən sonra qəbul edən şəxsə link göndərilir. Linkə kliklədikdə fayl endirilməyə başlayır.

Digər tətbiqlərdən zəif yanı isə tətbiqdə max. fayl ölçüsü olmasıdır və bu da hələlik 2 GB. Ödənişli versiyasında isə 10 GB-dır.

 

Android Beam
Android Beam NFC (Near Field Communication, Yaxın Sahə Ünsiyyəti) texnologiyasını istifadə edir.

NFC texnologiyası, mobil cihazlarda hələ gözləniləndən çox daha aşağı səviyyədə istifadə edilir. Android Beam Androidin 4.0 versiyasından sonrakı hər cihazında yerləşir. Tətbiq, fayl, video, youtube linki kimi hər şeyi paylaşmanıza icazə verir.

Parametrlər hissəsində NFC'yi aktiv edirsiniz. Daha sonra da paylaşmaq istədiyiniz faylı seçirsiniz. Ən son olaraq da telefonun ümumiyyətlə arxasında olan çipi, göndərəcəyiniz telefonun çipine toxundurursunuz.

Tətbiq Android və iPhone arasında fayl mübadiləsi etmənizə icazə vermir. iPhone-NFC sistemi yalnız Apple Pay ilə çalışır amma bunun da inkişaf etdiriləcəyi istiqamətində söz-söhbətlər uzun zamandır var.

Ən sərfəli krediti almaq üçün müraciət et