Böyük Britaniya Mərkəzi Bankı faiz qərarını açıqladı | Banco.az

Böyük Britaniya Mərkəzi Bankı faiz qərarını açıqladı

Böyük Britaniya Mərkəzi Bankı İyun ayı yığıncağında pul siyasəti faizini dəyişdirməyərək 0.10%-də saxlayıb.

Bank koronavirusla mübarizə çərçivəsində qiymətli kağız alışı hədəfini 100 milyard sterlinq artıraraq 645 milyard sterlinqdən 745 milyard sterlinqə yüksəldib.

Bank iqtisadiyyatı dəstəkləmək üçün lazım olduğunda daha çox addım atmağa hazır olduğunu bildirib.

Bankın qərar mətnində riskli aktivlərin qiymətlərinin Martdakı dib səviyyələrdən yığışdığı, yenə də pandemiya mövzusundakı xəbər axışına həssas qalmağa davam etdiyi qeyd edilib.

Bank koronavirus pandemiyasının ortaya çıxmasından bəri 0.75% olan faizində 2 dəfə endirimə getmişdir.

Ölkə iqtisadiyyatı pandemiya səbəbilə Aprel ayında 20% rekord azalma qeyd etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et