Böhran - təhlükə və şans bir arada | Banco.az

Böhran - təhlükə və şans bir arada

Əgər “böhran” sözünün çin dilində yazılışına baxsaq, o iki heroqlifdən ibarətdir. Bunlardan biri təhlükəni, digəri isə şansı ifadə edir. Yəni böhran zamanı təhlükə və imkan çox yanaşı dayanır.

Bir çox banklarımız hələ ki sadəcə təhlükəni görür, şansları isə dəyərləndirmir. Xərclərini optimallaşdırmağa çalışan banklarımız ilk öncə reklam büdcələrini ixtisar edirlər.

Amma təcrübə göstərir ki, bazarın boşluğundan istifadə edib, daha çox reklam olunan və daha çox gündəmdə qalan şirkətlər böhran müddətində nəinki zəifləmir, əksinə hətta öz bazar payını böyürdürlər.

Ən sərfəli kredit üçün müraciət et

Deməli qorxmaq və geri çəkilmək deyil, yeniliklər etmək və yaradıcı olmaq lazımdır. Xüsusən də bazarın əhalinin ehtiyaclarına istiqamətlənmiş məhsullara ehtiyacı var.

Bank sektorunda yeniliklərə hər zaman açıq olan bir bankın mövcudluğu sevindirici haldır. Görən, o bu dəfə hansı sürprizlərlə müştərilərini sevindirəcək.

Hər kəs maraqlı gözləyir, söbət hansı sürprizlərdən gedir? 

Ən sərfəli krediti almaq üçün müraciət et