BNB nədir və haradan almaq olar? | Banco.az

BNB nədir və haradan almaq olar?

Binance Coin (BNB) “Binance” platformasında istifadə edilən Ethereum Blockchain əsaslı kriptovalyutadır. “Binance” platforması BNB tokenlərini istifadə edir və BNB istifadəçilərinə güzəştlər daxil olmaqla, böyük üstünlüklər yaradır.

“Binance” çox qısa vaxtda böyük kriptovalyuta birjası olmağı bacardı. O qədər sürətlə böyüdü ki, 148 illik alman bankından daha çox mənfəət əldə etdi. Platformanın dəyəri gündən-günə artmaqdadır.

“Binance”-ın məşhur olmağının əsas səbəblərindən biri BNB tokeni ilə ticarətdə endirim təklif etməsidir. İstifadəçilərə birinci il 50%, ikinci il 25%, üçüncü il 12.5%, dördüncü il isə 6.75% endirim təqdim olunur. “Binance” birjada BNB tokenləri ilə bir çox kriptovalyutanın alınıb-satılmasına şərait yaradır. “Binance” platforması həmçinin token siyahıyaalmaları və digər bu kimi əməliyyatlar üçün BNB qəbul edir.

Başlanğıcda BNB tokenlərinin BNB tokenslərinin ümumi sayı 200 milyon olaraq təyin olundu. Tokenlərin yarısı “Binance” ICO-sunda satıldı. 40%-i “Binance” komandasında, 10%-i investorlarının əlindədir. Bir çox böyük investor çoxlu sayda BNB aldı. Məşhur investor Rocer Ver də onların arasındaydı.

“Binance” hər rübün sonunda mənfəətinin 20% -i ilə BNB tokenlərini geri alır. Alınan tokenlər “Binance” komandası tərəfindən yandırılır. 100 milyon token qalanadək yandırma işləri davam etdiriləcək. Bunun sayəsində BNB tokenlərinin dəyəri qorunacaq. Hazırda “Binance” mərkəzsiz birja dizaynını inkişaf etdirir. Bu tamamlanandan sonra BNB tokenləri mərkəzsiz birjanın düzgün işləməsini təmin edəcək. Belə bir durumda qiymət indikindən daha artıq ola bilər.

BNB 25 iyul 2017-ci ildə bazara çıxarıldıqda qiyməti 0.11 dollar idi. Sentyabr ayında 2 dollara qədər yüksəldi və düzəlişlə 1-2 dollar arasında dəyişdi. “Binance” bu ilin əvvəlində 1821586 BNB yandırdı və həmin vaxt qiymət 24 dollara çatdı. Sonda ciddi eniş yaşansa da, BNB toparlanmağı bacardı və hazırda 14.30 dollar civarındadır. Bazar dəyəri 1.6 milyard dollardır. Bu baxımından 21-ci ən böyük kriptovalyutadır.

BNB-nin verdiyi faydalar xüsusilə diqqət çəkir. “Binance”-da 50-dən çox kriptovalyuta BNB ilə alına bilir.

Haradan almaq olar?

Ən sərfəli kredit üçün müraciət et

BNB tokenlərinin demək olar ki, hamısı “Binance” birjasında əməliyyat həyata keçirir. “Binance”-dan BTC, ETH, BCH və bir çox tokenlə satın alçaq olar.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et