Biznes qurarkən bunlara diqqət edin! | Banco.az

Biznes qurarkən bunlara diqqət edin!

Banco.az məqaləni bizplus.az saytına istinadən təqdim edir.

Hər müvəffəqiyyətli iş sevgi və zəhmətlə qurulur. Bill Gates, Mark Zuckerberg və Steve Jobs kimi uğurlu iş adamları belə sıfırdan başlayıblar.

Detallarıyla planlaşdırılmış mükəmməl bir planınız olmaya bilər. Sıfırdan iş qurmaq üçün ehtirasınızı, güclü tərəflərinizi və biliklərinizi birləşdirin.

Biznes ideyaları axtarırsınızsa və hansı biznes qurmaq olar deyə sual verirsinizsə sizə bir qədər köməkçi olaq. Uşaq vaxtı sizi həyəcanlandıran şeyləri düşünün. Çünki sevdiyiniz işi görsəniz həm xoxbəxt həm də uğurlu ola bilərsiniz. Stiv Cobsun bu sözlərini xatırlayın:

“İşiniz həyatınızın böyük bir qismini əhatə edəcək. Ancaq öz işinizi qurmaqla bütün həyatınızı sevdiyiniz işə sərf edə bilərsiniz. Sevdiyiniz işi tapdığınız anda anlayacaqsınız.”

Hansı biznesi quracağınıza qərar verdikdən sonra sonra sıfırdan iş qurarkən bəzi vacib şeyləri unutmamağınız lazımdır:

1 – Bazarı araşdırın

Rəqabətin nə vəziyyətdə oluğunu bilməyiniz lazımdır.

Daxil olduğunuz sektorla bağlı araşdırmalar edin. Bazar doymuş kimi görünə bilər amma ümidinizi itirməyin olsa. Bunu avantaja çevirin. Bazarın qabaqda gələnlərini araşdırın və zəif nöqtələrini öyrənərək onlardan bir nərdivan kimi istifadə edin.

Ən sərfəli kredit üçün müraciət et

2 – Konkret bir maliyyə hədəfi təyin edin

Hər altı ayda bir yeni hədəflər təyin edin və hədəfinizi hər zaman böyüdün. İstədiyiniz nöqtəyə çata bilmək üçün hər gün nə etmək lazım olduğunu hesablayın.

3 – Sərmayə tapın

Hətta sıfırdan iş qurası olsanız belə bunun üçün müəyyən bir sərmayəyə ehtiyacınız olacaq və bu işin ən çətin qismi də bu ola bilər.

4 – İndi başlayın və getdikcə inkişaf edin.

İnsanların bir çoxu fəaliyyətə başlamazdan əvvəl hər şeyi necə mükəmməlləşdirəcəyini düşünərkən zaman itirir. Kiçikdən başlayın və qazandıqca inkişaf edin. İnsanlardan ön sifarişlər alaraq satışa başlayın və potensial müştərilərin diqqətini çəkməyə çalışın. Unutmayın ki müvəffəqiyyətli şirkətlər hər zaman fəaliyyətdədirlər ancaq heç biri mükəmməl deyil.

Facebooku və Facebookun bütün dəyişikliklərini və inkişafını düşünün. Kiçik bir məhsul və ya xidmətə başlayın və hər zaman inkişaf etdirin.

Zamanın dəyərini və mükəmməl olmaq məcburiyyətində olmadığınızı bilin. Bu gündən başlayın. İndi deyilsə, bəs nə vaxt?

Ən sərfəli krediti almaq üçün müraciət et