Biznes ideyaları necə yaranır? | Banco.az

Biznes ideyaları necə yaranır?

Hər təşəbbüsün əsasında müəyyən bir ideyanın durduğu kimi, istənilən sahədə sahibkarlıq fəaliyyətinin əsasında da hansısa biznes-ideya olur. Biznes-ideyanın yaranması variantları əsasən bunlardır:

Təsadüfən yaranan biznes-ideya demək olar kı, altşüurun məhsuludur. Lakin burada formalaşan ideya, çox güman ki, hansısa müşahidələrin, düşüncələrin, müqayisələrin insan beyninin sirli mexanizmləri tərəfindən işlənən, tədricən hazırlanan və birdən üzə çıxan fenomendir. Çıxa da bilər, çıxmaya da. Allahınmı işidir, yoxsa hansısa hadisələrin təkanı nəticəsidir, kimsə bilməz. Lakin belə ideya ağlımıza gəldikdə onu dərhal yadda saxlamaq, daha yaxşısı isə qələmə almaqdır. təsadüfən ağlınıza hansısa sahibkarlıq ideyası gəlir;

  1. kənardan söylənməklə (o cümlədən, İnternetdən);
  2. tələb və təklif bazarının təhlili;
  3. idxalın təhlili;
  4. bənzərlik əsasında və sair.

Kənardan söylənən (dost, tanış və ya heç tanımadığınız adam) biznes-ideyaya da diqqətlə yanaşılmalıdır, onu da yadda saxlamaq və ya dərhal qələmə almaq lazımdır. Kənardan səslənən ideya məhz Sizə ünvanlana da, ünvanlanmaya da bilər. Elə də ola bilər ki, bu ideya onu səsləndirən insanın ağlına təsadüfən gəlib və o özü bu ideyanın dəyərini anlamır.

Tələb və təklif bazarının təhlili nəticəsində də beynimizdə bisnes-ideya əmələ gələ bilər. Əgər Siz görürsünüz ki, hansısa mala və ya xidmətə böyük tələb var və onu ödəyəcək təklif yetərli deyil, demək, Siz də biznesinizi qurub, həmin malı istehsal edə və ya xidməti göstərə bilərsiniz.
Ümumiyyətlə, insanlar problemləri barədə danışmağı sevir. Bunlara diqqətlə qulaq asın və qələmə alın. Əgər bu və ya digər problem bir çox insanlar tərəfindən söylənilirsə, demək həmin problemin həllini Siz mal və xidmət formasında onlara təklif etsəniz, yəgin ki, alarlar, yəni Sizin müştəriniz ola bilərlər. Məsələn, xanım qonşularınız gileylənirsə ki, yaxındakı gözəllik sa-lonunda saatlarla növbə gözləyirlər, demək daha bir gözəllik salonuna ehtiyac var, və bu da Sizin gələcək sahibkarlıq fəaliyyətiniz ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

İdxalın təhlili nəticəsində də biznes-ideya yarana bilər. İdxal edilən malları hər dükanda görmək olar. Belə malın istehsalını bəlkə Sizin yaradacağınız və ya genişləndirəcəyiniz biznes də təmin edə bilər.

Bənzərlik əsasında formalaşan ideyanın əsasında müqayisələr durur. Biz hansı məhsula və ya xidmətə bənzər məhsul istehsal etmək və ya xidmət göstərmək istəyə bilərik. Misal üçün, xaricə səfərlər zamanı yeni məhsulla və ya xidmətlə rastlaşaraq, biz onu ölkəmizdə təkrarlamaq fikrinə düşə bilərik.

Xarici bazardakı durumun təhlili. Xarici ölkədə səfərdə olarkən nəzərinizə çarpır ki, burada hansısa malın qiyməti Azərbaycandan xeyli yüksəkdir. Demək Siz bu ölkənin bazarına mal gətirə bilsəniz, qazanc əldə edəcəksiniz. Və ya qonşu ölkənin bazarında hansısa mal Azərbaycandakından xeyli ucuzdursa, bu da gələcək biznesiniz üçün əsas ola bilər.

Müəllif Sabit Bağırov

Ən sərfəli krediti almaq üçün müraciət et