"Biz hələki kriptovalyuta sahəsində daş dövründə yaşayırıq" - Yaqub Rəhimov | Banco.az

"Biz hələki kriptovalyuta sahəsində daş dövründə yaşayırıq" - Yaqub Rəhimov

“Biz bir əsrə 10 dəqiqəyə daxil olmuşuq. Ümid edirəm ki, bu fikrin mənasını istifadəçilərimiz başa düşərlər. Hazırda gördüyünüz kriptovalyuta bazarlarının qiyməti birinci əsrin 10 dəqiqəsidir”.

Bu sözləri Maliyyə və İnvestisiya Forumu (FİF2018) çərçivəsində "Kriptovalyuta bazarının gələcəyi ilə bağlı nə deyə bilərsiniz?" sualına blokçeyn texnologiyaları sahəsində TOP 2 şirkətdən biri olan “7Marketz Inc. Group” şirkətinin rəhbəri, xaricdə yaşayan azərbaycanlı mütəxəssis Yaqub Rəhimov deyib.

Azərbaycanlı mütəxəssis açıqlamasında bildirib ki, biz hələki kriptovalyuta sahəsində daş dövründə yaşayırıq: “İnkişaf gələcəkdədir. Bir-iki il içində böyük inkişaf olacaq”, - deyə “7Marketz Inc. Group” şirkətinin rəhbəri sözlərinə əlavə edib.

Yaqub Rəhimov biznesmenlərə öz tövsiyələrini də verib: “Biznesmenlərə məsləhətim odur ki, öz komandalarına daha çox inansınlar. Bəzən sahibkarlar işçiyə maaşı öz ciblərindən hədiyyə verirmiş kimi verirlər.

Halbuki, işçi əmək qarşılığında maaş alır. Biznesmen isə işçinin əməyi hesabına hazırki mövqeyində olur”.

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssis bildirib ki, işçiyə işçi kimi deyil, sahibkar kimi davranın və onlardan səmərəli şəkildə bəhrələnin.

Yaqub Rəhimov deyib ki, mənim təsisçisi olduğum şirkətin bazarda ikinci olmasına səbəb 138 nəfərlik komandamdır: “Əgər onlar olmasa idi, mən “7Marketz Inc. Group” şirkətinin təsisçisi deyil, hər hansı şirkətdə adi işçi olacaqdım. Çalışın, komanda qurun”.

Qeyd edək ki, mütəxəssis maliyyə bazarlarında, kripto, bitkoin investisiyaları sahəsində 2009-cu ildən fəaliyyət göstərir. Son illər blokçeyn, maliyyə texnologiyaları sahəsində aktiv olaraq fəaliyyətini davam etdirir. O, bir çox əcnəbi şirkətlərin ilkin kripto təklifi prosesini idarə edib və onlara biznes məsləhətçi kimi dəstək verib. O, zamanında 300 dollarlıq bitkoin alıb. Hazırda onun 2 milyon dollar dəyərində bitkoini var. Bəzi, ekspertlər onu blokçeyn erasının peyğəmbəri adlandırır. Mütəxəssis hazırda Kpirdə yaşayır.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et