Bitkoində rekorddan sonra ciddi eniş yaşanıb | Banco.az

Bitkoində rekorddan sonra ciddi eniş yaşanıb

Müəllif:Mehin Qasımova/Banco.az

Bitkoin həftə ərzində rekord qırdıqdan sonra ucuzlaşıb.

Banco.az xəbər verir ki, kriptovalyuta həftə ərzində rekord qırsa da, həftənin son ticarət günündə 4,6 faiz kəskin ucuzlaşma ilə 68 min dollara düşüb.

Qeyd edək ki, Bitkoin, Ether, BNB və Solana kimi top 100 tokenin göstəriciləri bu il  təxminən 60 faiz artıb. 

Böyük mərkəzi bankların bu il faiz dərəcələrini azaltmağa başlayacağı və daha dəstəkləyici pul siyasətinə keçəcəyi ilə bağlı gözləntilər də həftə boyu Bitkoinin artımını dəstəkləyib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) yanvarın 11-də 11 fərqli spot Bitkoin ETF ərizəsini təsdiqləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et