Bitkoin mayninqində rekord gəlir əldə edilib | Banco.az

Bitkoin mayninqində rekord gəlir əldə edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoinin qiyməti bahalaşmaqda davam edərkən mayninqçilərin gündəlik qazancı da bu vaxta qədərki ən yüksək səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, “CryptoQuant”ın məlumatına görə, mayninqçinin gündəlik gəliri martın 7-də 78,6 milyon dollara çatıb.

Bununla da, axırıncı dəfə 2021-ci ilin aprelində qeydə alınan pik hədd keçilib.

Qeyd edək ki, bitkoin mayninqçiləri əməliyyatları yoxlamaq və onları blokçeyn şəbəkəsinə əlavə etmək üçün onlara verilən yeni koinlərə əlavə olaraq, istifadəçilər tərəfindən ödənilən ödənişlərdən də pul qazanır.

Xatırladaq ki, mayninqçilərin gəlirlərindəki artım bitkoinin bu il indiyə qədər 70 faiz bahalaşması fonunda baş verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et