Bitkoin Elon Maska məxsusdur? | Banco.az

Bitkoin Elon Maska məxsusdur?

“Bitkoinin yaradılmasının arxasında milyarder Elon Mask dayanır, Satoşi Nakamoto psevdoniminin arxasında gizlənən məhz odur”.

Bu barədə E. Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin sabiq əməkdaşı Sahil Qupta bildirib. O deyib ki, E. Mask bitkoinin yaradılmasında istifadə olunan “C + +” proqram dilinə yaxşı bələddir.

S. Qupta xatırladıb ki, E. Maskda qlobal problemləri həll etmək ehtirası var və bitkoin məhz 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranı zamanı yaradılıb. Sonda sabiq əməkdaş qeyd edib ki, E. Maskın hazırda bitkoindən gələn gəlirə ehtiyacı yoxdur. Belə ki, bitkoin satışa çıxarılsa, ondan 8 milyard dollara yaxın pul qazanmaq olar, bu isə E. Maskın rəsmi varidatından (19,7 milyard $) iki dəfədən də çox azdır.

Ən sərfəli kredit üçün müraciət et

Lakin “Cryptocoinsnews” buna qarşı bəzi əks-arqumentlər irəli sürüb. Belə ki, 2008-ci il “SpaceX” və “Tesla” üçün ən neqativ illərdən biri olub və E. Mask həmin zaman diqqətini başqa layihəyə cəmləşdirə bilməzdi. Bundan başqa, E. Mask jurnalistlərin diqqət mərkəzindədir və hər addımı izlənilir.

Qeyd edək ki, bitkoin kriptovalyutasını 2009-cu ildə Satoşi Nakamata nikli şəxs və ya şəxslər yaradıb. Onun (və ya onların) kimliyi hələ də bəlli deyil.

Mənbə: Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et