Bitkoin 30 min dollardan bahalaşdı | Banco.az

Bitkoin 30 min dollardan bahalaşdı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ən dəyərli kriptovalyuta olan bitkoin 24 saat ərzində 7 faizdən çox bahalaşıb.

Banco.az xəbər verir ki, “Coin Metrics”in məlumatına görə, çərşənbə axşamı səhər saatlarında Asiya əməliyyatlarında kriptovalyutaların bahalaşması müşahidə olunub.

Bitkoin ötən 24 saatda 7 faizdən çox bahalaşaraq 30 min 190 dollara çatıb.

Bitkoin bu səviyyələrə sonuncu dəfə iyunun 9-da, yəni demək olar ki, düz 10 ay əvvəl çatmışdı.

Qeyd edək ki, ikinci ən böyük rəqəmsal aktiv olan ethereum isə 24 saat ərzində 4,3 faiz dəyər qazanaraq hazırda 1933 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et