Bitkoin 167 ölkənin illik elektrik istehlakından daha çox enerji işlədir | Banco.az

Bitkoin 167 ölkənin illik elektrik istehlakından daha çox enerji işlədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin hasilatına sərf olunan enerji 167 ölkənin illik elektrik istehlakını üstələyir.

Banco.az xəbər verir ki, dünyada həcmi getdikcə artan kriptovalyutalardan biri olan bitkoin 2023-cü ildə istehlak etdiyi 154,9 milyard kilovat/saat elektrik enerjisi ilə 167 ölkəni geridə qoyub.

“Cambridge Bitcoin Electricity Consumption Index”dən əldə olunan məlumatlara görə, maliyyə bazarlarında təsirini günü-gündən artıran və daha çox platformada istifadə edilən kriptovalyutaların mayninqi və şəbəkə dövriyyəsi bir çox ölkədən daha çox elektrik enerjisi istehlak edir.

Məlum olduğu kimi, kriptovalyuta əməliyyatları blokçeyn sistemi vasitəsilə həyata keçirilir. Blokçeyn sistemi əməliyyat qeydlərinin şifrələnmiş və bir-biri ilə əlaqəli bloklar adlanan məlumat strukturlarında saxlandığı mərkəzləşdirilməmiş, daim böyüyən bir kitab kimi şərh edilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qlobal kriptovalyuta bazarının dəyəri 1,89 trilyon dollara çatarkən, dünya üzrə 965 birjada 12 min 33 kriptovalyuta alınıb-satılır. Kriptovalyuta bazarının 49 faizini təşkil edən bitkoinin dəyəri isə təxminən 921 milyard dollara çatır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et