Bitcoinlə milyardlar qazanan şəxslər haqda MARAQLI FAKTLAR | Banco.az

Bitcoinlə milyardlar qazanan şəxslər haqda MARAQLI FAKTLAR

Bitcoin mövzusu hal-hazırda müzakirəli mövzu olmaqda davam edir. Bəziləri onun qara bazar üçün nəzərdə tutulduğuna inansa da digər insanlar gələcəkdə məhz bitcoinin pulu əvəz edəcək dəyərli vasitələrdən biri olacağını bildirir. Bu haqda fikir demək olduqca çətindir, yalnız bir şeyi demək olar ki, bitcoinin gələcək aqibətini zaman göstərəcək. Amma onu da qeyd etməliyik ki, hal-hazırda dünyada bitcoin hesabına varlanan yetərincə insan var.

Bitcoin ilk dəfə 3 yanvar 2009-cu ildə ortaya çıxıb. Hər kəs bitcoini kimin yaratdığı ilə maraqlanır. Bu şəxs 2015-ci ilədək öz adını gizlədən və taxma ad olaraq Satoshi Nakamoto adıyla tanınan Craig Wright adlı şəxsdir. Bir müddət öz kimliyini gizlədən Craig sonradan əsl kimliyini açıqlamış və Bitcoini yaradanın özü olduğunu bildirmişdi. Hal-hazırda milyarderlər siyasında yer alması heç də təəccüblü deyil.

“Bitcoinin Müəllimi” olaraq bilinən Andreas Antonopoulos əsasən Bitcoinlə bağlı söhbətlərdə spiker kimi çıxış edir. Hətta o, mövzuyla bağlı "Mastering Bitcoin" adlı kitab da təqdim edib. Bitcoinə sahib varlılar arasında 5-ci yeri tutur.

Ethereum-un yaradan və inkişafında rol oynayan şəxslərdən biri də Vitalik adlı gəncdir və ''Bitcoin Magazine''nin yaradıcısıdır. Gənc milyarder Bitcoin zənginləri arasında 7-ci sıradadır.

Ən sərfəli kredit üçün müraciət et

İnternetdə qeyri-qanuni işlərdə adı tez-tez hallanan Ross, Bitcoin, 1000 dollar olmadan əvvəl milyarder olmuşdu. FBI, Rosu qara pulların yuyulması, narkotik ticarəti kimi qeyri-qanuni işlərdə günahlandırmış və ona aid Silk Road adlı şirkəti bağlamaqla bərabər 144 000-dən çox Bitcoini müsadirə edərək satışa çıxarmışdı.

Keçmiş siyasətçi Ver bir çox şirkətə yatırım edib və 2011-ci ildə artıq özünəməxsus Memorydealars adlı şirkətinin Bitcoin qəbul etdiyini elan edib. Ver, Bitcoini ilk dəstəkləyən şəxs olduğu üçün ona “Bitcoin İsa” ləqəbi verilib. Milyarder bir çox xeyriyyə işlərinin təşkilində yer almaqdadır.

Həmçinin maraqlıdır: Pulsuz Bitcoin necə qazanılır?

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et