Bitcoin, yoxsa Bitcoin Cash? Hansı üstündür? | Banco.az

Bitcoin, yoxsa Bitcoin Cash? Hansı üstündür?

24 yaşlı gənc tərtibatçı Samson Mou ilə Rocer Ver arasında Bitcoin və Bitcoin Cash-lə bağlı müzakirlər haqda ardacıl “tweet”-lər yazıb.

Müzakirəyə anlıq “tweet”-lər ilə daxil oldu

Cənubi Koreyada hazırda keçirilməkdə olan “Deconomy” konfransı Vitalik Baterin, Bitcoin.com-un CEO-su Rocer Ver, “BlockStream”-in CSO-su Samson Mou və digər vacib şəxslərlə davam edir. Əsas müzakirə mövzuları isə Bitcoin Bitcoin Cash-in illərdir davam edən “on-chain ve off-chain” məsələsidir.

Bunu qeyd edək ki, Bitcoin Cash ötən ilin avqustunda həyata keçirilən bir Bitcoin forkudur.

Bitcoin əməliyyat sayını artırmaq üçün “SegWit” və “Lightning Network” ilə “off-chain” texnologiyasını istifadə edir. Bitcoin Cash isə bu həcmi artırmaq üçün “zəncirvari” səviyyədə blokların sayını artırmağı planlaşdırır. İki şəbəkənin bir-birindən fərqli həllər gətirməsi bizə protokolların necə bir-birindən fərqli işləyə biləcəyini göstərir.

Mou ilə Ver qarşı-qarşıya

Rocer Ver ilk olaraq sahib olunan blokların imkanlarını artırmaq kimi bir yanaşmanın etibarlı yol ola biləcəyini ifadə edərək, əməliyyat ödənişlərində bir partlama ilə istifadə edilməyəcək səviyyələrə gəlməsi əvəzinə, belə yolun izlənilə biləcəyini söyləyib. Baterin Bitcoin Core tərtibatçılarının şəbəkəni davamlı olaraq inkişaf etdirərək daha təsirli bir hala gətirmələrinin vacibliyini bildirir.

Baterin həmçinin “SegWit”-in blok ölçüləri ilə əlaqədar yaranan qarışıqlığa da aydınlıq gətirir. Samson “SegWit” sayəsində blok ölçülərinin 4 MB-a qədər çata biləcəyini söyləyir. Vitalik Samsonun blok ölçüsü limitlərini bir restorana bənzədərək, “əgər doludursa, gözləmək məcburiyyətindəsiniz” ifadəsi ilə şərh verib:

“Bunun pis arqument olduğunu hesab edirəm. Məsələn, mən tez-tez restoranlara gedirəm, əgər doludursa, gözləməkdənsə, digər restorana getməyi üstün tuturam”.

Samson və Rocerin müzakirəsi yumurta, yosa toyuq əvvəl yarandığı haqdakı mübahisəni xatırladır. Samson öz arqumentində sağlam valyutanın inkişafının uzun müddətli əməliyyatlara və müqayisəyə daha önəmli olacağını bildirir. Rocer isə buna cavab olaraq reallaşan əməliyyatlar və istifadənin sağlam pulu daha sağlam edən səbəb olduğunu diqqətə çəkir. Vitalik bu mövzuda Rocer ilə həmfikirdir.

Anlaşılmazlığın səbəbi nədir?

Vitalik eyni zamanda Samsonun LN və BCH haqqında verdiyi açıqlama ilə bağlı “SegWit”-in gərəkli olduğunu vurğulayıb. Rocer bu iddialara qarşı çıxaraq hər növ həllin “Lightning”-i bir şəbəkə üzərində aktiv etmək üçün lazım olan tək şey olduğunu söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Mübahisə Ceff Paikin Ver və Mouya aralarındakı bu rəqabətin səbəbi ilə bağlı verdiyi sualdan sonra başa çatıb. Rocerin fikrincə, Core tərtibatçıları əslində bir çox istifadəçinin istədiyi “qənaət vasitəsi” olaraq istifadə proyektindən uzaqlaşması probleminin əsas qaynağıdır. Samson isə Bitcoin Cash-ə Bitcoin Cash deyilməsinin böyük problem olduğunu bildirib. Vitalik isə bu tərifin böyük bir haqsızlıq olduğunu söyləyərək vəziyyəti Ethereum Classic ilə müqayisə edib.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et