Bitcoin və Altcoin mədənçiliyi etməklə pulsuz coin qazan! | Banco.az

Bitcoin və Altcoin mədənçiliyi etməklə pulsuz coin qazan!

Bitcoin-in yüksəlməsi və altcoinlərin də nəzərə çarpan inkişafı ilə kriptovalyutalarla varlı olmaq və yaxud ən azından pul qazanmaq istəyən şəxslərə yardım məqsədilə bir sayt araşdırmasını təqdim edirik.

eobot

EOBOT mədənçilik saytı

EOBOT bir bulud mədənçiliyi saytıdır. Yəni, sizdən təchizatlarınızdan istifadə edərək mədənçilik etməyinizi istəməyən, sadəcə olaraq hovuzda olmağınız və şirkətin avadanlıqlarını bir növ kirayə götürərək oradan Bitcoin və ya altcoin qazanma əməliyyatı reallaşdırmağa imkan verən saytdır. Sizin bu saytda Bitcoin və ya altcoin əldə etmək məqsədiniz olduqda kompüterinizin açıq qalması və ya proqram yükləmək lazım deyil. Edilməsi vacib olan şey saytda qeydiyyatdan keçmək və mədənçiliyə başlamaqdır.

Bəlkə də düşünürsünüz ki, bu insanlar niyə pulsuz coin verirlər? Əslində, verdikləri coinin miqdarı olduqca azdır, amma pulsuz verirlər. Əgər siz Bitcoin və ya altcoin qazma dərəcənizi artırmaq istəyirsinizsə, GHS almalısınız. Bunu qazandığınız sistemlə edə bilərsiniz. Həmçinin, investisiya qoyaraq qısa müddətdə GHS ala bilər və daha sürətli mədənçilik edə bilərsiniz.

EOBOT saytına sərmayə qoymadan mədənçilik etmək

İlk növbədə EOBOT saytına daxil olub qeydiyyatdan keçməyiniz lazımdır. Sonra isə sistemə pul qoymadan coin qazanmaq istədiyinizi nəzərdə tutaraq hesab bölməsinə gəlirsiniz. Qarşınıza bir çox altcoin və Bitcoin mədənçiliyi variantları olan bir səhifə çıxacaq. Burada vacib olan Mining: DOGE bölməsində istədiyinizi seçərək hansı coini qazmaq istədiyinizi bildirməyinizdir.

Yəni, Bitcoin əldə etmək istəyirsinizsə, BTC-ni seçməli, digər coinləri istədikdə isə onları seçməlisiniz.

Gün ərzində Dogecoin mükafat almaq

EOBOT saytının üstünlüklərindən biri də sistemə hər gün daxil olduğunuz təqdirdə, artıq hər səhifəni axtardığınız zaman sizə müəyyən Altcoin hədiyyə etməsidir. Bunun sayəsində 100 gün ərzində pul ödəmədən 100 Dogecoin-ə sahib ola bilərsiniz. Bunun üçün 24 saat ərzində bir dəfə də olsa da sayta daxil olmağınız gərəkdir. Onsuz da bu hədiyyədən imtina etmək ağlabatan deyil.

Gün ərzində pulsuz bonus qazanmaq

EOBOT saytı hansı coinə mədənçilik etdiyinizə baxaraq pulsuz şəkildə hovuzdan mükafatlar verir. Bu əməliyyat 24 saatda bir dəfə reallaşdırılır. Bunun üçün Products > Faucet səhifəsinə daxil olmağınız lazımdır. Qarşınıza bir reklam sahəsi çıxacaq, o sahədə ekranda çıxan sözə vuraraq daxil olduqda, sizə hər gün cari coin dəyərinə görə Dogecoin və ya digər Altcoin verilə bilər. Burada sizin mədənçilik etdiyiniz coinə əlavə olaraq bir günlük hovuz mükafatı verilir. Yəni Bitcoin qazmaqla məşğul olarkən Dogecoin əldə edə bilməzsiniz. Bunun üçün əməliyyatınızı Dogecoin-ə dəyişməyiniz, daha sonra hovuz mükafatını almağınız lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Sistemdən qazandıqlarınız ilə GHS almaq

Bu sistemə sərmayə qoymaq fikriniz yoxdursa, sistemin sizə pulsuz təklif etdiklərindən istifadə edərək GHS ala bilərsiniz. Bunun üçün sağ üst küncdən Products> Cloud Mining hissəsinə tıklamaq, sonra isə Buy Using Cryptocurrency-ni seçmək gərəkdir. Sizi daha sonra əvvəlki səhifəyə köçürəcək, ancaq alt qisimdə bir konverter qisimi tapılacaq və Buy Cloud düyməsinə basdığınızda, cavabını bilirmişsiniz kimi bir sual gələcək və ona “bəli” deyəcəksiniz. Bununla da pulsuz GHS ala bilərsiniz.

Qazandıqlarımı necə çıxaracağam?

EOBOT saytı uzun müddət fəaliyyət göstərən bir saytdır. Coin çıxara bilməyiniz üçün coin növünə görə bir limit verir. Məsələn, Dogecoin çıxara bilməyiniz üçün azı 100 Dogecoin-iniz olmalıdır və daha sonra Withdraw bölməsindən göndərmək istədiyiniz hesabınızın ünvanını daxil edərək pulları köçürə bilərsiniz.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et