Bitcoin nədir - sadə dildə izahat | Banco.az

Bitcoin nədir - sadə dildə izahat

Müəllif: Orxan Əhməd

Bitcoin nədir? Gəlin sizə sadə dildə izah edim, beyniniz şişməsin. Bitcoin kriptovalyutadır - yəni kriptoşifrələnmiş elektron pul. Müxtəlif ölkələrdə fərqli cür klassifikasiya olunur - elektron pul, qiymətli kağız, əmlak və s.

“Arxasında heç nə dayanmır, boş şeydir” - deyirlər. Ancaq, səhvdir. Bitcoin arxasında Blockchain texnologiyası dayanır.

Bəs onda Blockchain nədir?

 Sadə dil ilə desək bütün məlumatların ard-arda düzülərək, şifrələnmiş məlumat bazasıdır. Hər bir yeni əməliyyat zamanı bu məlumat bazasına sorğu göndərilərək aparılan əməliyyatın bu bazanın alqoritminə uyğun olub olmadığı yoxlanılır və ok-dirsə yeni blok yaranaraq zəncirin sonuna əlavə olunur. Ən əsas fərqi isə odur ki, bu məlumat bazası bir kompüter və ya serverdə deyil, minlər və hətta milyonlarla kompüter arasında bölüşüdürülüb. Bu isə öz növbəsində bu məlumatlar bazasının Hack oluna bilmə ehtimalını sıfıra bərabər edir. Daha doğrusu blockchaini hack etmək cəhdi o qədər bahalı bir əməliyyatdır ki, onu hack etmək əvəzinə, onun bir parçası olub daha çox qazanmaq olar. (yeri gəlmişkən, burada qeyd etdiyim hack məsələsini kompüterlərə virus yazıb bitcoin tələb edən və ya kriptobirjaları hack edərək bitcoinləri oğurlama metodu ilə qarışdırmayın.)

Misal üzərində Bitcoin-in haradan əmələ gəldiyini izah edim.

A şəxsi B şəxsinə 1 bitcoin göndərir. Bu zaman blockchainə qoşulmuş kompüterlər göndərilən bitcoin-in həqiqi bitcoin olduğunu öyrənmək üçün işə başlayır və blockchain-in ilk blokundan yoxlamanı başlayaraq sona qədər gəlirlər. Məsələ təsdiq edilərsə, A B-yə btc göndərmiş olur və bu prosesin nəticəsində yeni 12.5 btc əmələ gəlir ki, onlar da təsdiqdə iştirak etmiş kompüterlər arasında bölüşdürülür. Beləliklə hər yeni btc göndərildikdə, yeni coin-lər yaranır.

Ən sərfəli kredit üçün müraciət et

Bu coinlər kiminsə istəyi ilə istənilən zaman və istənilən sayda yaradılmır. Dəqiq alqoritm nəticəsində, pul köçürməsi nəticəsində əmələ gəlir.

Qiyməti nə üçün artır?

Bir çoxları deyir ki, deepnet-də narkotik və qanunsuz malların alqı-satqısına görədir.

Lakin, əslində belə deyil. Həmin qara bazarların dövriyyəsi çox kiçikdir və həmin saytlar izlənilərək bağlanılır. Üstəlik bu məntiqlə dollar və istənilən digər fiat pulların da dəyəri qalxmalı idi. Ancaq, real iqtisadiyyatda hər hansı bir valyuta, qiymətli kağızın və s. dəyərinin artması üçün ona yatırım etməyə və yatırım edən şəxslər olmalıdır. Hal-hazırda bitcoinə məhz milyonlarla pul yatırılır və birjalarda spekulaysiyalar olunur. Məhz buna görə qiyməti artır və artmaqda da davam edəcək.

Bitcoin ilə bağlı ən əsas və ən vacib məqam isə odur ki, heç kəs tərəfindən idarə edilmir. Heç bir quruma tabe deyil. Və onu əmələ gətirən blockchain-i məhv etmək üçün bütün dünyada ya İnterneti, ya da elektrik enerjisini kəsməlidirlər.

Suallarınız təbii ki, hər zaman olacaq. Amma ümid edirəm, bitcoin-in nə olduğunu bəsit dillə izah edə bildim. Növbəli yazılarda, başqa kriptocoinlərin də nə olduğunu paylaşacağam.

Ən sərfəli krediti almaq üçün müraciət et