Bitcoin-in qiyməti belə hesablanır - DİQQƏT! | Banco.az

Bitcoin-in qiyməti belə hesablanır - DİQQƏT!

“CoinMarketCap”: kriptovalyuta məlumatlarının ehtiyacı olan xilaskar

Əgər kriptovalyuta ilə maraqlanan və ya investorsunuzsa, böyük ehtimalla CoinMarketCap.com-dan istifadə etmisiniz. Sayt müxtəlif kriptovalyutaların qiymətini, həcmini, ümumi bazar dəyərini və oxşar satistikaları görmənizə şərait yaradır.

Analitiklər “CoinMarketCap”-i yalnız məlumatları görmək üçün deyil, müxtəlif kriptovalyutalar haqqında proqnozlar etmək üçün də istifadə edirlər. Saytdakı ümumi bazar həcminin, qiymətin necə hesablandığı olduqca maraqlıdır. Bəs bunlar necə hesablanır? “CoinMarketCap”-dəki qiymət hər bazarda müəyyənləşən qiymətlərin orta göstəricisindən götürülür.

Bitcoin-in qiyməti necə hesablanır?

İnvestorlar, analitiklər və kriptovalyutalarla maraqlanan şəxslər üçün “CoinMarketCap”-də kriptovalyuta qiymətlərinə təsir edən faktorlar maraqlıdır. Məsələn, mayın 21-i, saat 08:50-də Bitcoin-in bazar məlumatlarına nəzər salaq:

Yuxarıdakı fotoşəkildə “A” sütunu kriptovalyutanın 24 saatlıq ümumi həcmi olan “C” sütununun, “B” sütunundakı vəziyyətinin yüzdəbir hissəsini ifadə edir. Yəni, “A” sütununun “D” sütunundakı dəyərlə hasili birjanın hesablamadakı qiymət payını ortaya çıxarır. Bütün qiymət paylarını əlavə etdikdən sonra son dəyər ortaya çıxır.

“CoinMarketCap” tərəfindən Bitcoin üçün hesablanan 8513.81 dollar qiyməti Bitcoin-in müxtəlif birjalardakı qiymətlərinin orta göstəricisidir. Hesablama formulu belədir:

Qiymət (BTC) = (v1 * p1) + (v2 * p2) + (v3 * p3) + (v4 * p4) + (v5 * p5) … .. və belə davam edir.

Formulun açıqlaması isə belədir:

Müxtəlif birjaların faizlik həcmləri (yuxarıdakı A sütunu) v1, v2, v3, v4, v5 və s şəkildə təmsil olunub.

Müxtəlif birjalardakı qiymət bölümü isə (yuxarıdakı D sütunu) p1, p2, p3, p4, p5 olaraq təmsil edilib.

Yuxarıdakı nümunəyə görə vəziyyət tam şəkildə belədir:

8,513.81 = (0.353*8498.55) + (0.330*8499.66) + (.0261*8493.35) + (.0249*8509.40) + (.0235*8579.67)…………..və s.

İki mühüm tövsiyə

Müəyyən kriptovalyuta üçün hər hansı birjada nə qədər çox əməliyyat edilirsə, son qiymətin bir o qədər təsir yaratmaq imkanı olacaq. Yüksək həcmli birjalardakı mövcud qiymət nə qədər yüksək olarsa, “CoinMarketCap”-də əks etdirilən son qiymət də o qədər yüksək olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Fərz edək ki, XYZ birjası ABC kriptovalyutasının qiymət hesablamalarında 8-9%-lik təsirə malikdir. Bəzi mənfi xəbərlər XYZ birjasının ABC kriptovalyutasının dəyərini azaltmasına səbəb oldu. Belə halda, “CoinMarketCap”-də əks etdirilən qiymətdə eyni nisbətdə eniş olur.

Əgər PQR birjasındakı bir fəaliyyət DEF kriptovalyutasının birjadakı qiymətinə artım yaşadırsa, əgər PQR birjası DEF kriptovalyutasının çox az ticarət həcminə sahibdirsə, bu vəziyyət “CoinMarketCap”-dəki qiymət nisbətinə çox da təsir etmir.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et