Bitcoin ilə bağlı vacib dəyişikliklər - İlk olaraq nə gözlənilir? | Banco.az

Bitcoin ilə bağlı vacib dəyişikliklər - İlk olaraq nə gözlənilir?

Bitcoin proqramının tərtibatçıları Bitcoin-i həqiqi mənada bütün dünyaya təsir edəcək valyuta növünə çevirmək istəyirlər. Ancaq bunun reallaşması üçün onlarla dəyişiklik və yeniliklər edilməlidir.

Tərtibatçılar ötən həftələr ərzində Nyu-Yorkda təşkil olunmuş toplantıda bir araya gəldi. Bundan sonra ediləcəklərin siyahısı müəyyənləşdi. Toplantı iştirakçılarından olan Brayan Bişopun bildirdiyinə görə, tərtibatçılar gələn il hansı kodlara üstünlük verəcəkləri haqda danışıblar.

İştirakçılar arasında Piter Vuill, Met Korallo və Kori Faylds kimi “Bitcoin Core”-a uzun müddətdir töhfələr verən şəxslər də olub. Yazıda bu üç nəfərin də aralarında olduğu tərtibatçıların yaxın zamanda nələrin üzərində çalışacağı göstərilib. Bununla yanaşı, tərtibatçıların təxminən 150 milyard dollar bazar dəyərinə birbaşa olaraq təsir edən Bitcoin-in kodunda planlaşdırılan dəyişikliklərə, yəni pərdə arxasında nə olacağına dair məlumat var.

Toplantıda tərtibatçıların yeni kodu necə qiymətləndirəcəyi və əlavələrin necə olacağı müzakirə edilib. Xüsusilə, diqqətəlayiq olan vacib məsələlərdən biri budur: Tərtibatçılar davamlı olaraq dəyişiklik təklif etsələr də, bu dəyişikliklərin qüsurlu olub-olmadığını və kodu tətbiq etməyə hazır olub-olmadığını yoxlaya biləcək məlumat səviyyəsinə malik olan tərtibatçıların sayı azdır. Onlardan biri bu cür etiraf edib:

“Auditor olaraq bütün bu işləri bacarmaq mümkünsüzdür və belə vəziyyət ciddi mənada cəsarətimə zərbə vurur”.

Prioritet problemlemlər

Buna baxmayaraq, tərtibatçılar yeni xüsusiyyətlər üzərində dayanmadan işləyirlər. Kori Faylds uzun müddətdir dünyadakı bütün mövcud qovşaqları birləşdirərək P2P (şəxsdən şəxsə) şəbəkə kodunu tənzimləməyə çalışır. Verdiyi açıqlamada Bitcoin kodunu “monolitik kütlə” kimi təsvir edən Faylds tərtibatçıların 2009-cu ildə hazırlanan kodun “düyününü açmağa” çalışdıqlarını qeyd edib.

Faylds həmçinin Bitcoin-dəki istifadə olunmamış əməliyyat çıxışları (UTXOs) – yeni əməliyyatlarda istifadə oluna bilən Bitcoin əməliyyatları məlumat hovuzu – ilə bağlı yeni xüsusiyyət üzərində işləyir. Hələlik bununla bağlı məlumat verməsə də, gələcəkdə detalları açıqlaması gözlənilir.

Bütün bunlar bizi əhəmiyyətli bir şeyi göstərir: açıq mənbəli kod üzərində edilən əməliyyatların paylanmış şəkildə irəliləyişi sayəsində tərtibatçılar istədikləri hər şey üzərində sərbəst şəkildə işləyə bilərlər. Tərtibatçılar gördükləri işləri internet vasitəsilə bir-biriləri ilə paylaşır. Lakin rəsmi elektron poçt siyahısı kimi hər kəs tərəfindən izlənilən bir mənbədə paylaşım və ya məlumatlandırma etmədiyi müddətdə bir tərtibatçının hər hansı özəllik üzərində işlədiyindən heç kimin xəbəri olmur.

Bazarda ən çox adı çəkilən “Bitcoin Core”-nun tərtibatçısı Piter Vuilldir. Ötən il aktivləşdirilən və investorların marağına səbəb olan SegWit genişləndirmə problemini həll edib. Toplantının iştirakçılarından biri olan Vuill bazarın səbrsizliklə gözlədiyi digər bir yeniliklə əlaqədar məlumat verib.

İşin bəlkə də ən texniki tərəfləri üzərində çalışan Met Korallo isə kod bazasını tərtibatçıların daha asan şəkildə darə edə biləcəyi böyük parçalara necə ayrıldığını ətraflı təsvir edib. Bir neçə tərtibatçı Korallonun “olduqca mürəkkəb” adlandırdığı parçanı bölmək üçün fəaliyyət göstərir. Ancaq bu, Korallonu qorxutmur: “Mən də cəhd etmək istəyirəm”.

Bütövlülüyün qorunması

Korallo da digər tərtibatçılar kimi “Bitcoin Core” full node proqramının istifadəsini işin texniki tərəfini bilməyən istifadəçilər üçün asanlaşdırmaq istəyir. Kod bir çox mənbə tərəfindən Bitcoin istifadə etmənin ən asan yolu kimi dəyərləndirilsə də, quraşdırılması heç də belə deyil. Kodu qurmaq çox çətin bir proses olduğundan, kodu yükləmək üçün günlər, hətta həftələr lazım ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Chaincode”-un həmtəsisçisi və proqramçı Aleks Morkos toplantıda etdiyi çıxışda kod istifadəsinin asanlaşdırılmasının əhəmiyyətini bildirib. Qovşaq (node) işlətməyə yönəlmiş “mədəni basqı”nın varlığından danışan Morkos istifadəçilərin əksəriyyətinin node işlətməyin nə demək olduğunu bilmədiyini vurğulayıb. Onun fikrincə, node-ların əhəmiyyəti bütövlüyünü təmin etmələri ilə bağlıdır. Əməliyyatların etibarlı olub-olmadığını yalnız node-lara baxıb anlamaq mümkündür.

Morkosun toxunduğu ilk məsələ proqramın smartfonların istifadə edə bilməyəcəyi qədər böyük olmasıdır. Yəni, istifadəçilər node-lar üçün daim kompüterə daxil olmalıdırlar. Morkosa görə, bunun yeganə həlli gələcəkdə smartfonların full node-lara daxil olmasını təmin etməkdir. Əlavə olaraq, fiziki cüzdanlar kimi fərqli yerlərdə saxlanılan əsas məlumatlara full node-larla nəzarət etməyin mümkünlüyü bildirilir. Morkos bu və digər tətbiqlərlə bağlı belə deyib:

“Məqsədimiz əlbəttə ki, doğru iş üsulu qəbul edərək işləri qısa vaxtda yoluna qoymaqdır”.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et