Bitcoin ilə bağlı görülməmiş proqnoz | Banco.az

Bitcoin ilə bağlı görülməmiş proqnoz

Bir neçə gün əvvəl bir “Reddit” istifadəçisi Bitcoin-in doğuşunu əvvəldən təxmin edən bir oyunun görüntülərini saytda paylaşıb. Bu, “Final Fantasy III” adlı oyundur.

Yaponiya istehsalı olan oyun 27 aprel 1990-cı ildə bazara çıxarıldı. “13entley” adlı istifadəçinin yüklədiyi oyunda bir nəsnənin üzərindəki Bitcoin simvolu diqqət çəkir. İstifadəçinin şərhi oyun tərtibatçılarının Bitcoin simvolunu bir yatağın üzərində yerləşdirdiyi və bunun Bitcoin-in doğuşuna işarə etdiyi formasındadır. “13entley” bunu zarafatla “məşhur oyunun hələ ortaya çıxmadan əvvəl Bitcoin almağın vacibliyini ehtiva edir” kimi dəyərləndirib.

Şərhə rəy yazan “Ttatt1984” adlı istifadəçi “Final Fantasy” oyunlarında mövcud olan “Gil” adlı pulla Bitcoin arasında paralellər aparıb. İstifadəçi Bitcoin-in “universal pul” funksiyası gördüyü səbəbiylə “Gil”-lə eyni olduğunu və “kainatda hər hansı bir zaman və məkanda qəbul edildiyini” bildirir.

İstifadəçinin ortaya çıxardığı proqnoz ilk belə hal deyil. Bunlardan birincisi 2002-ci ildə Nil Stefensonun qələmə aldığı “Cryptonomicon”-dur. 2003-cü ildə Kori Doktorov “Down and Out in the Magic Kingdom” kitabında Bitcoin-ə oxşayan “Whuffie” adlı kriptovalyutadan bəhs edir. 2008-ci ildə Devid Fridmanın yazdığı “Future Imperfect” bu öncəgörmə zəncirini tamamlayır. Bitcoin-də ilk blokun yaranma tarixi 3 yanvar 2009-cu ildir.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən 1999-ci ildə Nobel mükafatlı Amerika iqtisadçısı Milton Fridman gələcəkdə rəqəmsal valyutaların doğulacağını bildirərək açıqlamasında “internetdə hər iki tərəfin birdən xəbəri olmadan köçürmələri mümkün edəcək ödəniş üsulu”nun yaradılacağını bildirmişdi.

2 Mart 1997-ci il tarixli “My Sister, My Sitter” adlı Simpson bölümündə Homer ve Marge üzərində üzərində “Crypto Barn” yazılmış bir mağazanın qarşısında durur. Mağaza özünü “kodlar üçün xüsusi yer” kimi təsvir edir.

Son olaraq “The Economist” jurnalında 30 il əvvəl qeyd olunan yazıda 2018-ci ildə universal bir pulun dünyaya hökm edəcəyi iddia edilmişdi.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et