Bitcoin 5700 dollaradək enəcək, sonra isə… | Banco.az

Bitcoin 5700 dollaradək enəcək, sonra isə…

Kriptovalyuta analitiki olan Villi Vuu kriptovalyuta bazarı ilə bağlı təhlillərini paylaşıb və Bitcoin-in qiymətinin qısa müddətdə 6000 dollardan aşağı enəcəyini iddia edib.

Bazar hərəkətsizdir

Mayın ortasından bəri Bitcoin 10 min dollara çatmağı bacarmadıqda bazarda da xüsusi eniş yaşandı. Sektordakı coinlərin əksəriyyəti ucuzlaşdı. Altcoinlərdəki düzəliş Bitcoin-ə nisbətən daha sərt oldu.

Vuu Bitcoin-in 6000 dollardan aşağı enəcəyini söyləyərək 5500 və 5700 müqavimət səviyyələrinin olacağını əlavə edib.

Onun fikrincə, Bitcoin qısa müddətdə 6500 dollarlıq qiyməti test edəcək və burada çox qala bilməyəcək. Mütəxəssis mövzuyla bağlı bunları qeyd edib:

“Cari qiymətin haqqını Blockchain texnologiyası baxımından vermək məcburiyyətindəyik. Əks halda, qiymətlər düşməyə davam edəcək. Dəyişkənlik yüksəkdir və eniş bir qədər də davam edəcək. Daha sonra yaxşı günlər başlayacaq”.

2017-ci ilin sonundan başlayan eniş trendi səbəbiylə bu ilə belə bir düzəliş dövrü olmayacağını ifadə edən Vuu aşağıdakıları əlavə edib:

“Tədricən 6800 dollara doğru azalma olacaq. Daha sonra ciddi eniş qiyməti 5700 dollara çatdıracaq. Bu, yenə də davam edəcək. Mənim proqnozum adi təhlil deyil, özünü sübut etmiş mütəxəssisin dəyyərləndirməsidir”.

Ən sərfəli kredit üçün müraciət et

5700 dollardan sonra yüksəliş baş verəcək

2017-ci ilin oktyabrında Bitcoin təxminən üç ay ərzində dəyərini iki dəfə artıraraq 5700 dollara yüksəlmişdi. Bu isə Bitcoin-in 9 ay sonra Bitcoin-in başladığı yerə qayıtması deməkdir.

Ancaq kriptovalyuta bazarları o vaxtkı kimi deyil. Qiymətlər, şirkətlər, birjalar kimi bir çox faktor geridə qalan vaxt ərzində dəyişib.

Bu durumun və bazarın strukturunun da təsiri ilə Bitcoin-in yenidən yüksələcəyi proqnozlaşdırılır. Ancaq analitiklər çətin günlərin yaşanacağı mövzusunda həmfikirdirlər. Gözləyək, görək, Bitcoin ilin sonunadək sürətlə yüksələ biləcəkmi?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et