"Bitcoin 2022-ci ildə 250 min dollar olacaq" | Banco.az

"Bitcoin 2022-ci ildə 250 min dollar olacaq"

Məşhur sahibkar və milyarder Tim Draper , 2022-ci ilə qədər virtual pul vahidi Bitcoin-in dəyərinin 250 min dollara çatacağını proqnoz edib.
 
Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan Veb Texnologiya Sammitində çıxış edən Tim Draper, "Bitcoin-in 2022-yə qədər 250 min dollara yüksələcəyini güman edirəm. İnanın ki, bu baş verəcək. Sizin dəli olduğunuzu düşünəcəklər, ancaq inanın ki, bu olacaqdır. Möcüzə olacaq. 2022-ci ilə qədər bəlkə 2023-də də ola bilər. Bitcoinin 250 min dollar olacağı istiqamətindəki proqnozum sağlamdır" deyib.

 

DAHA ƏVVƏL DÜZGÜN PROQNOZ VERMİŞDİ

Ən sərfəli kredit üçün müraciət et

Kriptovalyuta sərmayələri ilə tanınan məşhur sahibkar, 2014-cü ildə Bitcoin-in qiyməti 320 dollar olan zaman, 2017-ci ildə 10 min dolları aşacağını doğru təxmin etmişdi. CNBC-nin bildirdiyinə görə, məşhur milyarder, yenə ötən sentyabr ayında cəmi kriptovalyuta bazarının 15 il ərzində 80 trilyon dollara çatacağını proqnozlaşdırmışdı. Drapera görə, əvvəlki aylarda kriptovalyuta bazarının azalma göstərməsinin səbəbi, insanların rəqəmsal pul vahidlərini yeni bir sərmayə sinfi olaraq görməməsindən qaynaqlanır.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç