BirKart yoxsa Smilecard?! Hansı daha sərfəlidir? - ARAŞDIRMA | Banco.az

BirKart yoxsa Smilecard?! Hansı daha sərfəlidir? - ARAŞDIRMA

Banklar tərəfindən son dövrlərdə kredit kartları ilə oxşar və fərqli cəhətlərə malik taksit kartları da müştərilərə təklif edilir. Taksit kartların kredit kartlarından əsas fərqi, bu kartlarda aldığınız məhsulun dəyərini bankın şərtlərinə uyğun olaraq partnyor mağazalarda faizsiz şəkildə ödəniş imkanının olmasıdır. Partnyor mağazalardan istədiyiniz məhsulu alaraq faizsiz şəkildə taksit aylarının sayına bölərək ödəyə bilərsiniz. Bu baxımdan taksit kartları son vaxtlar bank sektorunun ən önəmli məhsullarından birinə çevrilmişdir. Taksit kartları təklif edən banklar bir – birinə olan ciddi rəqabət şəraitində müştərilərinin rəğbətini qazanmaq üçün təklif və özəlliklərini demək olar ki, günbəgün yeniləyirlər.

Banco.az olaraq, ən çox istifadə edilən taksit kartlardan ikisinin müqayisəli vəziyyətini aşağıdakı cədvəldə sizə təqdim edirik. Qeyd edək ki, BirKart məhsulu KapitalBank-a, SmileCard məhsulu isə Expressbanka məxsus kartlardır. Hər iki kartın özünə uyğun üstünlükləri vardır. Aşağıda onlarla ətraflı tanış ola bilərsiniz:

Kartın adı və özəllikləri

BirKart

SmileCard

Kart limiti

100 - 10.000 AZN

100 – 4000 ₼

Kartın müddəti

36 ay

48 ay

Kartın qiyməti

1 illik 15 AZN*

Ödənişsiz

İllik faiz dərəcəsi

Taksit əməliyyatları üzrə - 0%

0%

Nağdlaşdırma üzrə - 25%

Cashback****

30%-dək

Ölkədaxili 30%-dək

Komissiya

1700-dən çox partnyor mağazada 0%

Kredit limitindən - 1.5 %

6 ay - 6% / 12 ay - 12%

0% (partnyor şəbəkəsi)

Nağdlaşdırma limiti

limitin yalnız 50%-ə qədəri

300/500 ₼ (Aylıq)

Ərizəçinin yaşı

18- 67 yaş

20 - 70 yaş

Son iş yerində minimal staj

minimum 6 ay olmalıdır**

6 ay (fasiləsiz iş stajı olduğu halda 3 ay)

Şəxsi vəsaitə komissiya

1%

0%

Taksit sayı

6 - (2, 3, 6, 9, 12 və 18 ay)***

2 - ( 6 ay və 12 ay)

SMS-məlumatlandırma

Ödənişsiz

Ödənişsiz

Ən sərfəli kredit üçün müraciət et

 

*(BirKartınızla ilk 90 gün ərzində 3 dəfə minimum 10 AZN-lik əməliyyat etdikdə (taksit, onlayn ödəniş, birdəfəlik alış) hesabınızdan kartın 1-ci il üzrə illik qiyməti (15 AZN) çıxarılmayacaq.)

**(Kapital Bank müştəriləri üçün 3 ay). Təqaüdçülər üçün isə belə bir tələb yoxdur.

***Partnyor mağazalarda 18 ayadək faizsiz taksit imkanı

**** Birkart Cashback kartında 1.5 % dən 30 % dək cashback imkanı

Ən sərfəli krediti almaq üçün müraciət et