Birja və onun ehtiva etdiyi digər terminlər | Banco.az

Birja və onun ehtiva etdiyi digər terminlər

Birja ən ümumi tərifi ilə ticari mal və sənədlərin, müəyyən standartlar və qaydalar daxilində alınıb satıldığı mütəşəkkil bir sistemdir. Eyni növ əmtəələrin, qiymətli kağızların və valyutanın topdansatış ticarəti ilə bağlı həyata keçirilən iqtisadi münasibətlərin məcmusudur. Birja topdansatış ticarət münasibətlərinin tərəfləri arasında vasitəçi rolunu oynayır. Alqı-satqı predmetinin növündən asılı olaraq birjalar aşağıdakı kimi sadalanır: Fond birjası (qiymətli kağızlar üzrə ticarət bazarı), əmtəə birjası (material qiymətlilər üzrə ticarət bazarı), valyuta birjası (valyutalar üzrə ticarət bazarı), əmək birjası (iş qüvvəsi bazarı) və s.
Bu qəbildən olan digər terminlərə də nəzər salaq.

Birja bankı

Birja sövdələşmələri ilə bağlı kredit və depozit əməliyyatlarını həyata keçirən, müxtəlif istiqamətli maliyyə xidmətləri göstərən ixtisaslaşmış bank. Birja bankı birja vasitəçilərinin fəaliyyətinin yük səlməsinə bilavasitə təsir göstərir.

Birja çökəkliyi (çalası)

Birjanın əməliyyat zalında, adətən, döşəmə səviyyəsindən aşağıda yerləşən dairəvi və ya çoxbucaqlı formasında meydança. Pillələrdə yerləşən brokerlərə bir-birini yaxşı görməyə imkan verir. İri birjalarda adətən bir neçə çökəklik olur.

Birja dövriyyəsi

Müəyyən zaman müddətində birjada əmtəələrin, qiymətli kağızların, valyutanın və s.-nin alqı- satqısının ümumi həcmi. Birja dövriyyəsi birjada reallaşdırılmış əmtəələrin, qiymətli kağızların və s.-nin pul ifadəsində həcmi kimi hesablanır.  

Birja əqdi

Birja sövdələşmələri gedişində birja əmtəəsi üzrə birja ticarətinin iştirakçıları arasında (öz adlarından və ya üçüncü şəxslərin tapşırığı ilə) bağlanan və müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçmiş müqavilədir (sazişdir).

Birja qiyməti (bazar qiyməti)

Ayrı-ayrı birjalar tərəfindən müs təqil surətdə təyin olunur. Birjalarda təyin edilən qiymətlər, keyfiyyəti, həcmi və göndərmə müddəti vahid şəklə salınmış şəraitdə həyata keçirilən real müqavilələrin qiymətləridir. Birja fondunda tədavüldə olan qiymətli kağızların dəyəridir. Birja kursu qiymətli kağızların gəlirlilik səviyyəsi ilə ssuda faizi səviyyəsi arasındakı nisbətlə təyin olunur.

Ən sərfəli kredit üçün müraciət et

Birja rüsumu

Birja üzvlərinin və iştirakçılarının birja əməliyyatları aparmaq hüququna görə xüsusi birja komitəsinə ödədikləri haqq, rüsum.  

Birjada oyun

Birjada əmtəələrin, valyutaların və qiymətli kağızların qiy mətlə rində (kotirovkalarında) dəyişmə meyillərinin proqnozlaş dı rılması hesabına mənfəət əldə edil mə si məqsədilə, eləcə də, müx təlif əmtəə və fond birjalarında kotirov kaların və məzənnələrin fərqi hesabına aparılan möhtəkirlik əmə liyyatları. Birjada mə zənnə nin yük səldilməsinə görə oyun (bu cür oyun çuları ―öküzlər‖ adlandırırlar) və məzənnənin azaldılmasına görə oyun (bu cür oyun çuları ―ayılar‖ adlan dırırlar) fərqləndirilir. Birjada hər bir müştəri öz hesabına, öz riskinə və öz mənafeyi üçün oynayır.

Birjadankənar

  1. Rəsmi fond birjasında listinqdən keçməyən və/və ya kotirovka olunmayan birjadankənar bazarda alınıb-satılan qiymətli kağızlar;
  2. Qiymətli kağızlar üzrə ticarətin birjada deyil, tərəflər (məs. dilerlər) arasında telefon və ya kompüter şəbəkəsi vasitəsilə birbaşa olaraq həyata keçirildiyi bazar.

Birjadankənar əməliyyatlar

Birjadankənar bazarda həyata keçirilən əməliyyatlar, başqa sözlə:

  • coğrafi baxımından müxtəlif yerlərdə yerləşən tərəflər (məsələn, dilerlər) arasında telefon və ya kom püter şəbəkəsi vasitəsilə həyata keçirilən əməliyyatlar;
  • birjada kotirovkaya daxil olmayan qiymətli kağızlarla əməliyyatlar.

 

Ən sərfəli krediti almaq üçün müraciət et