Birja indeksinin formalaşdırılması nəzərdə tutulur | Banco.az

Birja indeksinin formalaşdırılması nəzərdə tutulur

Strateji yol xəritələrində müəyyən edilmiş hədəflərə uyğun olaraq, Bakı Fond Birjasında birja indeksinin formalaşdırılması nəzərdə tutulur. Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədrinin müşaviri Rəşad Ağayevin sözlərinə görə, indeksləşmə üçün başlıca şərt listinqdə yetərli sayda səhmlərin olmasıdır. Şirkətlərin listinqə maraq göstərməsi üçün ilkin olaraq onların kütləvi təklif və ya birja vasitəsilə maliyyələşməyə maraq göstərməsi vacibdir. Burada rol oynayan iki əsas amil şirkətlərin bu yolla maliyyələşməsinin mümkün olmasına dair məlumatlı olması və listinq tələblərinə cavab verməsidir.

Ən sərfəli kredit üçün müraciət et

R.Ağayev xatırladıb ki, hazırda səhm və istiqrazların listinqi üzrə 3 bazar seqmenti fəaliyyət göstərir. Onun sözlərinə görə, səhm bazarında əsas və standart bazar seqmentlərində 5, alternativ semqentdə isə 900-dən artıq səhmdar cəmiyyətinin səhmləri listinqdədir. İstiqraz bazarında əsas bazar semqentində dövlət istiqrazları, Mərkəzi Bankın notları, ipoteka istiqrazları, SOCAR-ın istiqrazları və "Paşa Yatırım Bankası"na məxsus istiqrazlar ticarət olunur. İstiqrazların standart bazar seqmentində 10 korporativ istiqraz, alternativ bazar seqmentində isə 5 korporativ istiqraz listinqdədir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç