Bill Qeytsin məktəbin kompüterlərinə xaker hücumu etməkdəki ƏSL MƏQSƏDİ | Banco.az

Bill Qeytsin məktəbin kompüterlərinə xaker hücumu etməkdəki ƏSL MƏQSƏDİ

“Microsoft” şirkətinin qurucuları Bill Qeyts və Pol Allenin “Seattle Lakeside School” adlı özəl məktəbdə tanış olmaqları barəsində ötən məqalələrimizdən birində yazmışdıq. 

Həmçinin oxu: Microsoft necə yarandı?

Allen Qeytsdən iki yaş böyük olmasına baxmayaraq kompüterə olan maraqları onların dostlaşmasına səbəb olmuşdu.

Həmin vaxtlar dostların birlikdə sevimli məşğuliyyətlərindən biri də kompüterlərə xaker hücumu təşkil etmək idi.

Ən sərfəli kredit üçün müraciət et

Bill Qeystin BBC kanalına verdiyi müsahibədə etiraf etdiyinə görə, hətta Qeytsin qızlarla tanış olmasına şərait yaratmaq üçün onu sinifdə tək oğlan şagirdin özü olacağı dərslərə yazırdılar.

Mövzu ilə bağlı Bill Qeyts belə deyir:

“Dərslərin cədvəlini Paul ilə birlikdə tərtib edərdik. Ancaq o, məndən iki yaş böyük olduğu üçün artıq universitet hazırlıqları ilə məşğul idi. Bu səbəbdən də gözəl qızlar ancaq mənimlə eyni parta arxasında əyləşirdilər. Düzdür, həmin qızlarla söhbət edə bilmirdim, amma ən azından mənim yanımda əyləşirdilər. Ola bilsin ki, o vaxtlar qızlarla ünsiyyət qurmaqla bağlı problemlərim var idi. Universitetə başladıqdan sonra daha sosial insana çevrildim. Ancaq qızlarla söhbət etmək barəsində yenə də uğurlu sayılmazdım.”

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et