BİLL GATES’in ƏN SEVİMLİ 4 KİTABI | Banco.az

BİLL GATES’in ƏN SEVİMLİ 4 KİTABI

Bill Gates dünyanın ən ağıllı insanlarından biridir. O ,ona yeni nələrsə öyrədə biləcək kitablar oxumağı çox xoşlayır. Onun şəxsi blogu olan THE GATES NOTES’da o, özünün ən sevimli kitablarının adını çəkib.  Gözlədiyinizin əksi olaraq bu kitablar komputer və ya iqtisadiyyatın idarə olunması ilə bağlı deyil.  O, qeyri-bədii ədəbiyyata üstünlük versə də, favoritlərindən biri olan  J.D. Salinger'in ”The Catcher in the Rye” əsərini dəfələrlə oxuduğunu bildirir.

Ağıllı bir sahibkar olmaq üçün oxumaq təbii ki lazımdır. Bu sizin sosial bacarıqlarınızı inkişaf elətdirəcək, zehninizi gücləndirəcək və əgər, Gates kimi fərasətli birisizsə digər insanlara iş və biznes ideyaları sataraq qazanc əldə etməkdə sizə kömək edəcək.

Beləliklə , Gates’in oxuduğu 4 kitabın adları: 

“Harvesting the Biosphere” by Vaclav Smil 

Çex-Kanadalı alim texniki yeniliklər və qida kimi fərqli sahələri bir araya gətirərək bir ad altında birləşdirmişdir. Mənim Vaclav Smildən başqa kitablarını səbirsizliklə gözlədiyim başqa bir yazıçı yoxdur.  O,kitabın çox da həyəcanverici olmadığını etiraf etsə də, insanların ətraf mühitə olan təsirini daha da yaxşı anlamağa kömək etdiyini də qeyd edir.

“Poor Numbers” by Morten Jerven

Morten Jerven iqtisadiyyatçı olduğuna görə, o, Afrikadakı statistik məlumatlar haqda bir araşdırma aparmışdır. İqtisadiyyatın böyüməsi və adambaşına düşən gəlirin hesablanması sivil cəmiyyətlərdə olması gərəkən bir şeydir, ancaq, Jervenə görə bu məlumatların əksəriyyəti yanlışdır. Gates razı deyil ki, Afrika statistik məlumatları tamamilə səhvdir. Onun fikrincə bu kitab sadəcə, edilməsi gərəkən dəyişikliklər haqda maraqlı ideyalar verir.

Ən sərfəli kredit üçün müraciət et

“Why Does College Cost So Much? “ by Robert B. Archibald and David H. Feldman

Gates bu problemi çox sadə şəkildə belə ifadə etmişdir: Universitet məzunları çatışmadığı müddətcə universitet dərəcəsinə verilən dəyər də yüksək olacaq. Ona görə də insanlar dərəcə ala bilmək üçün çox pul ödəməyə məcburdular. Bu müəlliflər gedişatın əksinə siyasət yürütməyə çalışmışlar. Sistemin çox səmərəsizliyindən bəhs etmişlər.

 “The Bet “ by Paul Sabin

Paul Sabin Amerikan tarixçisidir. ətraf mühitin tarixi və enerji siyasətiylə bağlı yazılarıyla tanınır. 1980-ci ildə iqtisadçı Julian Simon bioloq Paul Ehrlichin ad gününü mərc meydanına çevirir. Onlar insanlığı gözləyən gələcək problemlər üzərinə mərc edirlər. Ehrliche görə insan nüfuzunun artması gələcəkdə təbii resursların azalmasına, qida, içki, yanacaq qıtlığına səbəb olacaqdı.  Simonsa daha optimist düşünürdü. Onun fikrincə, bu texnoloji yeniliklərə, kollektiv iş sayəsində inkişafa səbəb olacaqdı. Onların bu münaqişəsi əslində planetimizi gözləyən gələcək problemləri özündə əks etdirir. Bu kitab iki insanın həyat və ideyalarınından bəhs etməklə, çox maraqlı məlumatlar verir. 

Banco.az / Aytən Hacımuradova