Ənənəyə sadiq qalaraq, Bill Gates bu yay oxumağa məsləhət gördüyü kitabların siyahsını dərc edib. Sizi həmin kitabların qısa məzmunu və Bill Gates-in fikirləri ilə tanış edirik.
Mən artıq uzun müddətdir ki, The Daily Show verilişinin azarkeşiyəm, ona görə də aparıcının memuarları mənim çox xoşuma gəldi. Trevor Noahın gülüşə yanaşması fərqlidir və bu yanaşma onun bütün ömrü ərzində ərsəyə gəlib, o, uzun müddət öz yerini tapa bilməyib. Trevorun anası CAR-dan idi, atası isə İsveçrəli. Irqlər arası nikahın övladı isə, müxtəlif irqlər arasında münasibətlərin qadağan olduğu ölkədə dünyaya gəlmişdi. Ümumilikdə isə Nuhun (Noah) Cənubi Afrika Respublikasındakı həyatı faciəvi olub. Buna rəğmən onun həssas hekayələri insanda təbəssüm oyadır, eyni ilə onu öz şousundakı monoloqları kimi.
Baxmayaraq ki, siz bu kitabı bədii nəsr bölməsində tapa bilərsiniz, Kerangalın bu əsəri daha çox poeziyaya yaxındır. Əsər qəzada həlak olan oğlandan bəhs edir. Valideynləri onun ürəyinin başqasına köçürülməsinə qərar verir. Amma kitabın süjeti yazıçının personajları təsvir etmək üçün seçdiyi kəlmələr və sözlər ilə müqayisə edilməzdir. Kitab çox gözəl bədii dildə yazılıb, ona görə də siz hətta əsərdə cəmi bir neçə dəqiqəliyə peyda olan qəhrəmanlara belə bağlanacaqsınız. Məsələn, Kerangal bir neçə səhifəni ürək köçürülmə əməliyyatını həyata keçirən cərrahın qız dostunun təsvirinə həsr edib, baxmayaraq ki, oxucu heç vaxt onu kitabda görməyəcək. Mən çox şadam ki, Melinda [Gates] bu əsəri oxumağı mənə tövsiyə etdi. Bu yaxınlarda mən də onu başqa bir dostuma tövsiyə etdim, hansı ki, o d aəksə hallarda mənim kimi sənədli nəsrlərə üstünlük verir.
Mənim Appalaçi dağlarındakı kasıb həyat haqqında bildiklərim sadəcə eşitdiklərimdən ibarətdir. Bu ürək parçalayan faicələrlə dolu kitabda isə məhz həmin kasıb həyat təsvir olunur.Vansın atası ailəni tərk edəndən, anası isə övladından imtina edəndən sonra, onun böyüdülməsi nənə və babasının öhdəsinə düşür, onlar sevimli olsalar belə, çox çılğın insanlar idi. Uşaqlıq illərinin bütün xaosuna və çətinliklərinə rəğmən o böyüyüb, Yale hüquq məktəbinə daxil ola bilir. Bu kitab, kasıblıq arxasında gizlənən bəzi ailə və mədəni problemlərinin dərinliklərini göstərir. Amma ən təsirlisi hekayənin özü və Vansın onu danışmağa cəsarət etməsidir.
Yuval, Noah Harari: Homo Deus, A brief history of tomorrow
Mənim yayda oxumaq üçün tövsiyə etdiyim keçən ilki siyahıda, Hararinin başqa bir işi “Sapiens”yer almışdı. Onun provokativ davamı da olduqca cəsarətli, asan oxunandır və yeni fikirlər axınına səbəb olur. “Homo Deus” cəmiyyətimizin formalaşmasında mühüm əhəmiyyət kəsb edən prinsiplərin 21-ci əsrdə kardinal şəkildə dəyişəyindən və bütün bunların bizim həyatımıza təsirindən bəhz edir. Indiyə qədər həyatımıza daha çox dini – düzgün həyat sürməklə bağlı və dünyəvi - xəstəliyə, aclığa, müharibələrə necə qalib gəlməklə bağlı qayda və normalar təsir edib. Insanlar bu məqsədinə çatsa, dünya necə olacaq. Mən bu kitabla tam razılaşmasamda, orada bəşəriyyəti gələcəkdə gözləyən mənzərə çox gözəl təsvir olunub.
Keçmiş Prezident [ABŞ] indiyə qədər 20-dən çox kitab yazıb, amma buna rəğmən bəzi əla əhvalatları məhz bu kitab üçün qoruyub saxlayıb. Kitab prezidentın maraqlı hadisələr ilə dolu, heyrətləndirici həyatına yadda qalan və qısa bir ekskursiya etmək imkanı verir. Carterin öz mövqesini hansı yolla qazanması haqqında əhvalat mənim çox xoşuma gəldi. Siz anlaycaqsınız ki, Corciya ştatındakı istilik sistemi, elektrik, su və s olmadan kasıb kənd həyatı, Carterin Ağ Evdəki fəaliyyətinə necə təsir edib. Baxmayaraq ki, kitabda keçmişə dair hadisələr təsvir olunur, kitab indiki zaman üçün də çox aktualdır, xüsusən cəmiyyətin siyasətçilərə və hökumətə az etibar etdiyi dövrdə.
Banco.az, Könül Soltanova