“Biliyini Kapitala Çevir” Tələbə Təqaüd Proqramına start verdi. | Banco.az

“Biliyini Kapitala Çevir” Tələbə Təqaüd Proqramına start verdi.

“FINCA Azerbaijan” 15 sentyabr Bilik Günü ilə əlaqədar 2014-cü ildə respublikanın ali təhsil müəssisələrinə daxil olmuş aktiv müştərilərin övladları arasında “Biliyini Kapitala Çevir” Tələbə Təqaüd Proqramına start verdi
Proqramda yalnız 800 AZN / 1000 USD və daha aşağı məbləğdə kredit götürən müştərilər iştirak edə bilərlər. Proqram çərçivəsində ən yüksək bal toplayaraq seçilən tələbələrə 12 ay müddətində aylıq 100 manat təqaüd veriləcək. 
Proqram və onun şərtləri haqqında daha geniş məlumatı “FINCA Azerbaijan”ın məlumat mərkəzindən (*2525) və ya filiallardan əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et