Bəzi MDB dövlətləri dollar və avrodan üz döndərmək fikrindədir | Banco.az

Bəzi MDB dövlətləri dollar və avrodan üz döndərmək fikrindədir

Bir sıra MDB ölkələrinin valyuta bazarlarının inteqrasiya edilməsi ilə bağlı imzalanmış sazişin ratifikariyasına dair qanun layihəsi təsdiq üçün Rusiya parlamentinə təqdim olunub. Banco.az "Report"a istinadən xəbər verir ki, bu saziş altı ölkə - Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan arasında 2012-ci ilin dekabrında imzalanıb. Bundan sonra həmin sazişin digər ölkələrin parlamentləri tərəfindən də təsdiq olunacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Sazişin qüvvəyə minməsi ilə bu MDB ölkələrinin bankları öz tərəfdaşlarının milli valyuta bazarında məhdudiyyətsiz işləyə biləcək, əməliyyatların aparılması üçün isə milli valyutaların aralıq mərhələsində dollar və ya avroya konvertasiyası tələb olunmayacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et