Beynəlxalq maliyyə qurumları Bank Respublikaya dəstəyini davam etdirir | Banco.az

Beynəlxalq maliyyə qurumları Bank Respublikaya dəstəyini davam etdirir

Ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika, Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) növbəti kredit tranşını alıb. 2019-cu ildə imzalanan müqavilələrə əsasən, Bank birinci tranşın vəsaitlərini uğurla sərf etmiş, bu da Bank Respublika müştərilərinə böyük dəstək və maliyyələşdirmə imkanı yaratmışdır.

İkinci tranşlar da həmçinin mikro, kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə, üçdə biri isə Avropa Birliyinin (AB) dəstəyi ilə EU4Business təşəbbüsü ilə həyata keçirilən AzAFF proqramı çərçivəsində kənd təsərrüfatı sahəsinə yönəldiləcəkdir. Qeyd etmək vacibdir ki, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biridir.

Cəlb olunmuş vəsait regionlarda, xüsusən də kənd yerlərində fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinə yönəldiləcəkdir. Milli valyutada olan kredit ölkədə biznesin kreditləşmə imkanlarını daha da genişləndirəcək, eyni zamanda, maliyyələşdirilməsi üçün daha sabit şəraitin yaradılmasına kömək edəcəkdir.

Biz, AYİB-in uzun fasilədən sonra. ötən ilin dekabrında Azərbaycanın maliyyə bazarına Bank Respublika ilə qayıtmasını çox yüksək qiymətləndiririk. Mövcud pandemiya şəraitini nəzərə alaraq, növbəti kredit tranşının ayrılması, nəhəng beynəlxalq maliyyə qurumlarından biri olan AYİB-in bankımıza olan böyük inamının təsdiqidir. Cəlb olunan vəsait bizə real sektora, xüsusən də regionlarda kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə və ölkənin qeyri-neft sektorunun inkişafına töhfə verməyə imkan verəcəkdir " deyəBank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

"Şübhəsiz ki, biz etibarlı tərəfdaşımız olan “Bank Respublika”ya və onların vasitəsilə kiçik və orta biznes müəssisələrinə, kənd təsərrüfatı sahəsinə dəstək olmaq imkanına malik olduğumuz üçün çox məmnunuq. Bu, Covid-19-un yaratdığı yeni reallıqlarda xüsusilə vacibdir " deyə AYİB-in Bakı ofisinin rəhbəri İvan Duarte vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bank Respublika - Azərbaycanın universal maliyyə bankıdır, səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et