Beynəlxalq Əmək Təşkilatı: Dünyada işsizlik səviyyəsi 5 il ərzində daha da artacaq | Banco.az

Beynəlxalq Əmək Təşkilatı: Dünyada işsizlik səviyyəsi 5 il ərzində daha da artacaq

Keçən il daha 5 milyon insan işsiz statusu qazandı. Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) qlobal məşğulluq tendensiyaları haqqında hesabatında məlumat verilir.

BƏT bildirir ki, müsbət irəliləyişlər baş verdiyi təqdirdə, onların müsbət təsiri iqtisadiyyatın real sektorunda deyil, kapital bazarlarında özünü göstərir və növbəti illərdə vəziyyət yaxşılığa doğru dəyişməyəcək.

BƏT-in baş direktoru Qay Rayderin sözlərinə görə, iqtisadiyyatın bərpa olunması tempinin yüksək olmaması növbəti illərdə işsizlərin sayını artıracaq. Bu gedişlə 2018-ci ildə işsizlik üzrə göstərici 215 milyon nəfərə çatacaq. O həmçinin qeyd edib ki, hətta bütün proqnozların özünü doğrultmasına və bu zamana qədər 200 min yeni iş yerinin yaradılmasına baxmayaraq, bu addım "köhnə" işsizləri, eləcə də bu müddət ərzində əmək bazarında meydana gələn yeni işsiz kütləsini iş ilə təmin etməyə kifayət etməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Təşkilatın hesablamalarına görə, ötən il işsizlərin sayı 206 milyon nəfərə çatırdı. Bu göstərici bütün dünyada yaşayan əmək qabiliyyətli insanların 6.1%-i təşkil edir. Əgər yeni qlobal iqtisadi kataklizmlər baş verməsə, növbəti 5 il ərzində işsiz kütləsi il ərzində orta hesabla 3 milyon nəfər artacaq.

Bununla yanaşı, bəzi regionlarda fəlakətlər səngimək bilmir. Dünyada işsizlərin 45%-ni Şərqi Asiya və Cənubi Afrika ölkələrinin vətəndaşları təşkil edir.

Banco.az / Sevinc İbadova

Ən sərfəli krediti almaq üçün müraciət et