Beynəlxalq Bankın təşkilatçılığı ilə media nümayəndələri üçün master-klass | Banco.az

Beynəlxalq Bankın təşkilatçılığı ilə media nümayəndələri üçün master-klass

Azərbaycan Beynəlxalq Bankının təşəbbüsü və təşkilatçılığı ilə "Boulevard Hotel Baku"da 60-dan çox jurnalist, bloqqer, marketinq və PR mütəxəssisi üçün master-klass keçirilib. Master-klassı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, MDBMİ-nin Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Yuri Kobaladze aparıb.

"Peşəkar jurnalist olmağın sirləri – jurnalistika zirvəsində 40 il" mövzusuna həsr olunmuş master-klassda Y.Kobaladze iştirakçılarla media sahəsindəki zəngin təcrübəsini bölüşüb. Onları maraqlandıran suallara cavab verib.

Bank bu layihəni jurnalistlərin fərdi inkişafına dəstək məqsədilə təşkil edib. Belə bir tədbir bu günlərdə milli mətbuatımızın 142-ci ildönümünü qeyd etmiş media nümayəndələrinin peşə bayramına Bankın özəl hədiyyəsidir. Bildirilib ki, yeni inkişaf mərhələsində olan Azərbaycan Beynəlxalq Bankı media ilə əlaqələrin inkişafına böyük önəm verir və bu cür maraqlı layihələr gələcəkdə də davam etdiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et