Beynəlxalq Bank BVF və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib | Banco.az

Beynəlxalq Bank BVF və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib

12-14 oktyabr 2018-ci ildə İndoneziyanın Bali adasındakı Nusa Dua bölgəsində Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı qrupunun illik yığıncağı təşkil edilib. Yığıncaqda Cənubi Qafqaz regionunun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı da təmsil olunub.

Dünyanın aparıcı maliyyə qurumlarından, özəl sektordan, qeyri-hökumət təşkilatlarından, beynəlxalq akademik çevrələrdən nümayəndələrin qatıldığı yığıncaqda qlobal maliyyə sistemindəki duruma, dünyanın iqtisadi mənzərəsinə diqqət yönəlib. Sosial-iqtisadi inkişaf, yoxsulluğun aradan qaldırılması,  qlobal ticarət, insan kapitalı, maliyyə-vergi sahəsində rəqəmsal həllər və s. bu kimi məsələlər müzakirə edilib. Birgə effektiv fəaliyyət üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.

Yığıncaqda iştirak edən Azərbaycan Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, bankın Baş maliyyə inzibatçısı Nəbi Əliyev bildirib: “Müxbir əlaqələrin qurulması, beynəlxalq ticarətin maliyyələşdirilməsi, müştərilərə geniş bank xidmətlərinin göstərilməsi baxımından Azərbaycan Beynəlxalq Bankı regionda çox böyük rol oynayır. Xarici maliyyə institutları, qlobal ödəniş sistemləri ilə bank sıx əməkdaşlıq əlaqələrinə malikdir. Bu cür platformalarda iştirak da beynəlxalq tərəfaşlıq əlaqələrimizin daha da inkişafına xidmət edir. İndoneziyada keçirilən tədbir bu baxımdan kifayət qədər məhsuldar oldu”.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, yığıncaq çərçivəsində dünyanın bir sıra aparıcı maliyyə qurumlarının, o cümlədən “Citi Group”un, “Lazard” şirkətinin rəhbər vəzifəli şəxsləri ilə görüşlər olub, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et