Benzinin bahalaşmasına nazirlikdən - AÇIQLAMA | Banco.az

Benzinin bahalaşmasına nazirlikdən - AÇIQLAMA

Avqustun 19-dan  etibarən Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb. Belə ki, artıq “Premium Euro-95” markalı benzin 1 manat 50 qəpik olub. “Super Euro-98” markalı avtomobil benzinin qiyməti isə bahalaşaraq 1 manat 60 qəpik olub.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzini Azərbaycana idxal olunur.

Ən sərfəli kredit üçün müraciət et

“Həmin markalı avtomobil benzini idxal olunduğu üçün onun qiyməti dövlət tərəfindən, konkret desək Tarif Şurası tərəfindən tənzimlənmir. Tarif Şurasında ancaq ölkədə istehsal olunan bir sıra mal və xidmətlərin qiymətləri tənzimlənir”.

Qeyd edək ki, bundan əvvəl “Premium Euro-95” markalı benzin 1.25, “Super Euro-98” isə 1.50 manata satılırdı.

Modern.az

Ən sərfəli krediti almaq üçün müraciət et