Benzin Avropa və MDB ölkələri arasında ən çox Azərbaycanda ucuzlaşıb | Banco.az

Benzin Avropa və MDB ölkələri arasında ən çox Azərbaycanda ucuzlaşıb

Bu ilin birinci yarısında Avropa və MDB ölkələrinin böyük əksəriyyətində benzinin qiyməti 2019-cu illə müqayisədə orta hesabla ucuzlaşıb. Maksimal azalma məhz Azərbaycanda qeydə alınıb.

Bu ilin birinci yarısında Azərbaycanda benzinin qiyməti 28% ucuzlaşıb.

“Avropanın əksər ölkələrində benzinin qiyməti 2020-ci ilin birinci yarısında azalsa da, Belarusda isə qiymət artımı qeydə alınıb”, - məlumatda qeyd edilib.

Benzinə olan qiymətlərin ən yüksək azalma templəri qeydə alınan ölkələr sırasında Ukrayna (15,4%) və Rumıniya da (14%) var.

Xatırladaq ki, bu ilin birinci yarısı ərzində Azərbaycanda “Aİ-95” (Premium) markalı benzinin qiyməti orta hesabla 0,3 manat enib (1,5 manatdan 1,2 manatadək).

Qeyd edək ki, sözü gedən benzin markası ölkədə istehsal edilmir və xaricdən ixrac edilir.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et