Bazarda olan 8 ən qəribə kriptovalyuta | Banco.az

Bazarda olan 8 ən qəribə kriptovalyuta

Business Insider, bazarda olan ən qəribə alternativ kriptovalyutaların siyahısını hazırlayıb. Həmin siyahını sizlərə təqdim edirik.

Sexcoin (Qiyməti – 0.010023$)

 

Bu kriptovalyutanın saytındakı məlumata əsasən Sexcoin, böyüklər üçün nəzərdə tutulmuş əyləncə sahəsində ilk kriptovalyutadır. İnsanlar həmin kriptovalyutadan istifadə edərək porno filmlər və müxtəlif əşyalar ala bilərlər.

PotCoin (Qiyməti – 0.118722$):

PotCoin, marixuana alışı və satışı imkanını vermək üçün ticarətçilər ilə alıcılara xüsusi platforma qismində yaradılıb. “PotCoin, marixuana sevənlərə, qarşılıqlı əlaqə, ünsiyyət, mübadilə və bir yerdə böyümək imkanını verən rəqəmsal qəpikdir” – deyə kriptovalyutanın saytında qeyd olunub.

PutinCoin (Qiyməti – 0.039835$):

Bu kriptovalyutanın yaradıcılarının sözlərinə əsasən PutinCoin, Rusiya Federasiyası prezidenti və insanlarına hörmət qismində yaradılıb.

PutinClassic (Qiyməti – 0.001797$):

 

PutinClassic-in saytındakı məlumata əsasən bu, dünyada ilk suvenir kriptovalyutadır. “Biz, portmanatda saxlanması xoş olan və birjada ticarətini aparmaq mümkün olan gözəl qəpik yaratdıq” – deyə Bitcointalk.orgsaytında bu kriptovalyuta haqqında məlumatda qeyd edilib.

UFO Coin (Qiyməti – 0.000190):

Ən sərfəli kredit üçün müraciət et

UFO Coin, bu siyahıda ən yeni rəqəmsal qəpiklərdəndir. O, neoscrypt adlı texnologiyadan istifadə edir. Bu texnologiya isə is öz növbəsində şəbəkə üçün daha güclü şifrələyici və əlavə təhlükəsizlik səviyyəsi yaradır. UFO Coin-in əsas yaradıcısı , Peter Bushnell-dir. Təəssüflər olsun ki, bu kriptovalyuta, yadplanetlilərlə ünsiyyət ilə əlaqəli deyil.

F --- Token (Qiyməti – 0.081893$):

F --- Token-in yaradıcıları düşünürlər ki, onlar, investorlara, jarqonlarla bol olan kriptovalyuta dünyasında unikal imkan verirlər. “Sizi, öz ideyalarına pul yatırmaq üçün onlar, anlaşılmayan sözlərdən və qarışıq cümlələrdən istifadə edirlər. F --- Token sayəsində biz, sizin əslində nə düşündüyünüzü deyə bilməniz üçün xüsusi imkan yaradırıq” – deyə bu kriptovalyutanın saytında qeyd olunub.

Dogecoin (Qiyməti – 0.002183):

Dogecoin, “Adobe”un məhsullar üzrə meneceri Jackson Palmer və “IBM”in proqram təminatı üzrə mühəndisi Billy Markus tərəfindən yaradılmışdı. Öz müsahibəsində Palmer qeyd edib ki, günlərin birində o, pivə içərək istirahət edibmiş. Onun çox vaxtı olub. Nəticədə isə o, Dogecoin.com domenini alıb. Markus isə bu məsələyə qoşularaq Dogecoin-i real valyutaya çevirmək qərarına gəlib. Bu kriptovalyutanın adı, 2013-cü ildə məşhur olmuş Doge adlı internet memdən götürülüb. Həmin memdə isə itin gülməli siması və arxa fonda müxtəlif kiçik yazılar qeyd olunmuşdu.

Useless Ethereum Token (Qiyməti – 0.022373$):

Useless Ethereum Token, iddia edir ki, o, dünyanın ilk ədalətli kriptovalyutasıdır. “Siz təsadüfi şəkildə internetdə insanlara pul verməyə hazırlaşırsınız. Onlar isə həmin pulu götürərək müxtəlif əşyalar alacaqlar. Çox güman ki, bu, elektronika malları olacaq. Bəlkə də böyük ekranlı televizor. Ciddən, bu tokenləri almayın”. Lakin insanlar həmin tokenləri aldılar. Bundan sonra kriptovalyutanın qiyməti 40$-a kimi qalxdı. Lakin sonradan ani şəkildə aşağı düşdü.

Mənbə: technote.az

Ən sərfəli krediti almaq üçün müraciət et