Bayramda qalxan qiymətlər nə vaxt enəcək? | Banco.az

Bayramda qalxan qiymətlər nə vaxt enəcək?

Novruz bayramı ərəfəsində bazarlarda ərzaq məhsullarının, əksər meyvə və tərəvəzlərin qiymətində xeyli artım müşahidə olundu. 

Statistik göstəricilərə görə, meyvələr arasında ən çox isə armud və bananın qiyməti bahalaşıb. 

Belə ki, armudun qiyməti 3 manatdan 5,00 – 5,50 manata, banan isə Bakıda 2,50 – 2,60 manatdan 3,00 – 3,50 manata, rayonlarda isə 3 manatdan 4 manata kimi qalxdı. 

Bayram günlərində hətta yerli istehsal məhsullarının da qiymətlərində artım müşahidə olundu. 
Bəs bayramdan sonra bazarlarda qiymətlərin aşağı düşməsi gözlənilirmi?

İqtisadçı Natiq Cəfərli bildirib ki, yay aylarına kimi qiymətlərin aşağı düşməsi gözlənilmir: 

“Təəssüf ki, bizdə belə bir praktika çox nadir hallarda olur ki, qiymətlər qalxdıqdan müəyyən müddət sonra enmə olsun. Ərzaq məhsullarının və meyvələrin qiymətlərində aşağıya doğru pozitiv dəyişiklik yay aylarında ola bilər. Bu təxminən iyun-sentyabr aylarında baş verəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Çünki bizdə həmişə ənənəvi mövsümi faktorlara görə, bir çox kənd təsərrüfatı məhsullarında ucuzlaşma müşahidə olunur. 

Digər məhsullarda isə bu hal baş verməyəcək. Çünki yerli istehsalın özündə belə xaricdən gətirilən xammaldan çox istifadə olunur. Bu nöqteyi-nəzərdən manatın məzənnəsində ucuzlaşma olan kimi qiymətlərin daha da bahalaşması olacaq. 

Dükanlarda satılan hazır ərzaq məhsullarının qiymətinin gələcəkdə enməsi mümkün görünmür. Hətta bununla bağlı müəyyən çətinliklər də var. Çünki məzənnə ilə bağlı müəyyən dəyişikliklər ola bilər”. 

N.Cəfərlinin proqnozlarına görə, xaricdən gələn məhsulların daha da bahalaşması müşahidə oluna bilər.

Mənbə: BakiPost.az

Ən sərfəli krediti almaq üçün müraciət et