Baş nazirin müavini: "Gürcüstanla Azərbaycanın maraqları üst-üstə düşür" | Banco.az

Baş nazirin müavini: "Gürcüstanla Azərbaycanın maraqları üst-üstə düşür"

Bu gün Gürcüstanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dmitri Kumsişvili ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə çıxış edən D. Kumsişvili bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır: "Bizim istiqamətlərimiz əlaqəlidir. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizim iqtisadi maraqlarımız üst-üstə düşür".

Ən sərfəli kredit üçün müraciət et

Ş. Mustafayev isə bildirib ki, Azərbaycan və Gürcüstan beynəlxalq aləmdə hər zaman bir-birini dəstəkləyib. "Biz regional layihələrdə birgə iştirak edirik və ölkələrimizin iqtisadi inkişafına nail olmağa çalışırıq", - deyə nazir qeyd edib.

Bunun ardınca görüş jurnalistlər üçün qapalı şəraitdə keçirilib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et