Banklarla bağlı qanunda yaranmış mübahisəyə Konstitusiya Məhkəməsi aydınlıq gətirəcək | Banco.az

Banklarla bağlı qanunda yaranmış mübahisəyə Konstitusiya Məhkəməsi aydınlıq gətirəcək

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2-ci, 153.2.1-ci və 261.0.1-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci, 77-ci və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Ən sərfəli kredit üçün müraciət et

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 16-na təyin edilmiş iclasında baxılacaq.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et