Bankların TOP-menecmentində çalışan XANIMLAR | Banco.az

Bankların TOP-menecmentində çalışan XANIMLAR

İstənilən sahədə fəaliyyətə başlayan xanım, əlbəttə ki, karyera pilləsinin ən yüksək zirvəsinə qalxmaq istər. Biz isə bu dəfə bank sahəsində çalışan xanımların gələ biləcəyi ən yüksək vəzifələri araşdırdıq. Hal-hazırda Azərbaycanda fəaliyyətdə olan bankların heç birində xanım rəhbər yoxdur - yəni idarə heyətinin sədri xanım olan bank mövcud deyil. Xanımlarımız departament direktoru və ya rəhbəri vəzifəsinə qədər yüksəlir. Çox az bankda idarə heyətinin üzvü olaraq xanımlara da yer  verilmişdir. Həmin banklar və xanımlar ilə cədvəldə tanış ola bilərsiniz. Bu araşdırmada müşahidə şurasında üzv olan və ya departament direktoru olan xanımları əhatə etməmişik. Məhz idarə heyətinə üzv olan xanımlar ilə kifayətlənməli olduq. 

AG Bank

Ad: Xələfova Səkinə Rəşid qızı

Vəzifə: İdarə Heyətinin Üzvü. Maliyyə menecmenti departamentin direktoru

Təhsil: 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutu, “Plan-iqtisad” fakültəsi

Amrahbank

Ad: Məmmədbəyli Leyla Heybət qızı

Vəzifə: İdarə Heyətinin üzvü. Maliyyə, beynəlxalq münasibətlər sahələrinə nəzarət edir

Təhsil: 2004-2007-ci illə, Azərbaycan Dövlət İqtisad Universiteti, “Vergi və vergiqoyma” ixtisası üzrə bakalavr və magistr dərəcələri

DəmirBank

Ad: Samirə Şirəliyeva

Vəzifə: İdarə Heyətinin üzvü, Baş Direktor

 

Təhsil: 2005-ci il, Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə və kredit  fakültəsi bakalavr, 2008-ci il ADİU Maliyyə fakultəsi magistr

Paşa Bank

Ad: Şirin Əliyeva

Vəzifə: İdarə Heyətinin üzvü,  Baş Hüquq İnzibatçısı

 

Təhsil: 2004-cü il Bakı Dövlət Universitetinin hüquq fakültəsi, London Biznes Məktəbi və Harvard Biznes Məktəbinin HPLP proqramı

Paşa Bank

Ad: Xəyalə Nağıyeva

Vəzifə: İdarə Heyətinin üzvü,  Baş Maliyyə İnzibatçısı

 

2004-cü il ADİU-nun Beynəlxalq İqtisadi Əlaqələr və Biznesin İdarə Edilməsi fakültəsi, 2002-ci ildə təhsilinin bir qismini Açıq Cəmiyyət İnstitutu və Corc Soros Fondunun təqaüd proqramı çərçivəsində ABŞ-da alıb

 

Turanbank

Ad: Kəmalə Mustafayeva

Vəzifə: İdarə Heyətinin üzvü 

İdarə Heyətinin üzvü və Əməliyyat Departamentinin Direktoru

 

 

AF Bank

Ad: Aynur Şirinova

Vəzifə :  İdarə Heyətinin üzvü 
Baş Direktor 

 

Ad: Lalə Quliyeva

Vəzifə :  İdarə Heyətinin üzvü 
Baş Direktor 

 

 

Təhsil: Bakı Dövlət Universiteti 
İxtisas: Riyaziyyat 

 


Təhsil: Azərbaycan Dövlət İqtisad Universiteti 
İxtisas: Maliyyə-kredit 

 

NBC Bank

Ad: Həmidova Ofeliya Oqtay qızı

Vəzifə: İdarə Heyətinin üzvü, İnzibati İdarəetmə Departamenti

Təhsil: 2001-2008-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas üzrə təhsil alıb.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et