Bankların nizamnamə kapitalı nə qədərdir və əsas səhmdarları kimdir? | Banco.az

Bankların nizamnamə kapitalı nə qədərdir və əsas səhmdarları kimdir?

Nizamnamə — hansısa dövlət orqanının, müəssisənin, təşkilatın hansısa sahədə fəaliyyətini və işinin təşkilini tənzimləyən hüquqi sənəddir.

Nizamnamə kapitalı isə, müəssisə yaradılarkən, təsis sənədləri ilə müəyyən edilmiş həcmdə onun fəaliyyətini təmin etmək üçün müəssisənin əmlakına iştirakçıların (sahibkarların) qoyduğu payların (pul ifadəsində) məcmusunu özündə əks etdirir. 

Banco.az xəbər verir ki, Bankın məcmu kapitalının əsas məqsədi bankın biznes strategiyasının dəstəklənməsi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığının təmin edilməsidir. Məcmu kapital bankın ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərin azaldılmasına, əmanətçilərin və potensial investorların bank sisteminə etimadının artırılmasına xidmət edir.

Bankın məcmu kapitalının minimum miqdarı 10 (on) milyon manat, 2015-ci il 1 yanvar tarixindən isə 50 (əlli) milyon manat məbləğində olmalıdır.

AR Mülki Məcəlləsinə əsasən nizamnamə kapitalı iqtisadi subyektin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyələşdirir. Nizamnamə kapitalı AR Nazirlər Kabinetinin müəyyən etdiyi miqdardan az ola bilməz.

Bankların və bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalı nə qədər olmalıdır?

Banklar – Azərbaycan Respublikası Mərkəzi Bankının 25.07.2012-ci il tarixli 20/3 saylı qərarı ilə təsdiqlənmiş qaydalara əsasən yeni yaradılan bankların nizamnamə kapitalının minimum məbləği 50 milyon manat olaraq müəyyən edilmişdir.

Bank olmayan kredit təşkilatları – Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 07.07.2017-ci il tarixli 14 saylı qərarı ilə təsdiqlənmiş qaydalara əsasən kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-lar üçün nizamnamə kapitalının minimum məbləği 300 min manat, qeyri-kommersiya hüquqi şəxs kimi yaradılan BOKT-lar üçün isə 30 min manat olaraq müəyyən edilib.

Kredit ittifaqları – Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 07.07.2017-ci il tarixli 16 saylı qərarı ilə təsdiqlənmiş qaydalara əsasən nizamnamə kapitalının minimum məbləği 4 min manat olaraq müəyyən edilmişdir.

Bank

Nizamnamə kapitalı
(min manat)

Əsas səhmdar

Faiz nisbəti

AccessBank

258 718.02

Asiya İnişaf Bankı

19.90%

AFB Bank

70 393.46

İsmayılov Hikmət Əbuzər oğlu

99.60%

AGBank

103 800

minaritariyalar

66.43%

AmrahBank

39 844

İldırımzadə Yunis Əli oğlu

53.17%

AtaBank

120 020

Synergy Group MMC

86.00%

Azər Türk Bank

50 000

Əmlak Məsələləri Dövlət Komitəsi

75.00%

Azərbaycan Beynəlxalq Bankı

1 224 478

Maliyyə Nazirliyi

91.40%

Azərbaycan Sənaye Bankı

60 000

Anadolu İnvestment Company

94.40%

Bank Avrasiya

50 000

YEVRO STANDART MMC 37.5 %
 PMD GROUP MMC 37.5 %

75.00%

Bank BTB

66 450

Nigar Mehdiyeva

74.99%

Bank Melli İran Bakı filialı

73 611.17

Bank Melli İran

100.00%

Bank of Baku

52 870

NAB Holding

35.00%

Bank Respublika

73 461

Quliyev Natiq Saday oğlu

44.00%

Bank VTB (Azərbaycan)

315 815

Bank VTB

99.90%

Expressbank

137 257

Azenco Group MMC

40.00%

Günay Bank

64 910.09

Məmmədov Mahmud
Şirinova Yeganə

89.80%

Xalq Bank

225 078.6

İdeal Business Ko MMC

50.00%

Kapital Bank

185 850

Paşa Holding

99.87%

Muğanbank

95 000

Mehdiyev Elmir Maqbet oğlu

63.50%

NBCBank

64 000

Nuru Əliyev

65.91%

NİKOİL Bank

348 000

Topaz İnvestment Limited MMC

95.68%

Pakistan Milli Bankı Bakı filialı

9 420

Pakistan Respublikasının höküməti

75.00%

PAŞA Bank

333 000

Paşa Holding

60.00%

Premium Bank

104 601.42

Zərifə Həmzəyeva

84.47%

Rabitəbank

101 300.08

Əliyev R.Z

40.60%

TuranBank

55 003.47

Fiziki şəxslər (21 nəfər)

71.60%

Unibank

125 686

Avropa Yenidənqurma və İnkişaf Bankı

44.50%

Yapı Kredi Bank Azərbaycan

55 381

Yapı Kredi Bank AŞ

99.80%

Ziraat Bank Azerbaycan

50 000

Ziraat Bank TC AŞ

99.98%

Ən sərfəli kredit üçün müraciət et

 

Qeyd. Araşdırma bankların saytlarındakı məlumatlar əsasında hazırlanmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et