Bankların mənfəəti iyul ayında 6.3% azalıb | Banco.az

Bankların mənfəəti iyul ayında 6.3% azalıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatlarına əsasən, iyun ayında banklar 433.4 milyon manat xalis mənfəət əldə etmişdirsə, iyul ayında artıq bu rəqəm 6.3% azalaraq 406.2 milyon manat olub. Buna baxmayaraq, mənfəətdən vergilər 34.4 milyon manatdan 37.9 milyon manata qalxıb.

Həmçinin bax: Ən çox mənfəəti olan banklar

Xalis mənfəətin 3 dəfə azalması keçən ilin I yarımili ilə müqayisədə mart, aprel və iyul aylarında müşahidə olunub. Bu il ümumilikdə itkilər müşahidə olunmasa da ötən ildə mart, aprel və may aylarında ardıcıl olaraq itkilər qeydə alınmışdır. 2017-ci ildən etibarən 4 dəfə itkilər olsa da, mənfəətdən tutulan vergilərdə heç bir azalma olmayıb, hətta aybaay artma müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Xalis mənfəətdən fərqli olaraq əməliyyat mənfəətində 2017-ci ildən bəri bir dəfə azalma və bir dəfə isə zərərlə nəticələnmişdir. Bu isə elə həmin ilin əvvəlində və sonunda qeydə alınıb. İki il yarım vaxt ərzində bankların cəmi əməliyyatdan əldə etdiyi mənfəəti artıb.

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et