Bankların kreditlərin ödənilməsi üzrə məqsədli ehtiyyatı nə qədərdir? (2018, II rüb) | Banco.az

Bankların kreditlərin ödənilməsi üzrə məqsədli ehtiyyatı nə qədərdir? (2018, II rüb)

Bilirsiniz ki, bankın müştərilərə verdiyi kreditlər balans hesabatında aktivlər bölməsinə aid edilir.  Aktivlər isə  standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş və nəzarət altında olan aktivlər, qeyri standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir. Belə ki, bank aktiv üzrə əsas məbləğ və ya faiz borclarının ödənilməsi doxsan gündən çox gecikdirildiyi təqdirdə hesablanmış faizlər üzrə 100% həcmində ehtiyat yaradılır.  Ehtiyyatlar isə iki kateqoriyaya bölünür.

1) Adi ehtiyyatlar

2) Məqsədli ehtiyyatlar

Bu gün  araşdırma apardığımız mövzu bankın məqsədli ehtiyyatlarıdır. Məqsədli ehtiyatlar  qeyri-standart aktivlər üzrə yaradılır, bankın qeyri-standard aktivləri isə təhlükəli və ümidsiz aktivlərdir yəni, ən aşağı kateqoriyalı aktivlər kimi təsnifləşdirilir.  Bu gün bankların verdiyi kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə məqsədli ehtiyyatlarına görə aşağıdakı renkinqi tərtib etdik. Əvvəlcə onu qeyd edək ki, bəzi bankların hesabatında bu maddə göstərilmədiyindən yalnız 19 bankın göstəricisini toplaya bildik.

Bank

Məqsədli ehtiyyat

(min manatla)

Kapital Bank

203 896

Bank of Baku

120 788

Nikoil Bank

81 053

Paşa Bank

68  455

AFB bank

58 125

AtaBank

46 928

YapıKrediBank

44 931

AG Bank

40 561

Xalq Bank

38 836

Rabitəbank

35 241

Günay Bank

24 518

Bank Respublika

12 511

NBC Bank

8 725

ASB bank

6 552

Express Bank

4 123

Naxçıvan Bank

1 097

Ziraat Bank

1 054

Pakistan milli bankı

389

Bank Silkway

2

Ən sərfəli kredit üçün müraciət et

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et